Təlim-məşq toplanışını Türkiyədə davam etdirən paytaxtın "Bakı" klubu fasilədə 3 transferini reallaşdırıb.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Bakı" müdafiəçi Duje Bakoviç, yarımmüdafiəçi Lukas Mario Horvat və müdafiəçi Nenad Kovaçeviçi rənglərinə bağlayıb. Artıq adıçəlilən futbolçularla rəsmi müqavilə imzalanıb.
Müqavilənin şərtlərinə əsasən, Duje Bakoviç və Lukas Mario Horvat 2 il ərzində "Bakı"nın formasını geyəcəklər. Nenad Kovaçeviçlə bağlı isə 1+1 il müddətli müqavilə qüvvəyə minib.
31 yaşlı Nenad Kovaçeviç son mövsümü "Srvena Zvezda" klubunun heyətində keçirib. Təcrübəli futolçu 25 dəfə Serbiya mili komandasının formasını geyinib. Boyu 177 sm-dir. Lukas Mario Horvat Sloveniyanın "Domjale" klubundan gəlib. 26 yaşı var, boyu 178 sm-dir.
Duye Bakoviçin son klubu isə Xorvatiyanın "Riyeka"sı olub. Xorvatiyanın U-18, U-19, U-21 milli komandalarının heyətində çıxış edib. Boyu 187 sm-dir.
"Səbail"ə qayıtdı
Premyer Liqanın ən bahalı transferi ola bilər
"Fənərbaxça" ilə razılaşmasa, yollar ayrılacaq
Bosniya və Herseqovina - Qətər: Heyətlər
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
İsveçrə - Kanada matçının heyətləri açıqlandı
Almaniya millisində itki
"El-Klassiko"nun əvvəlki nüfuzu qalmayıb"