Antalyada hazırlıq prosesində olan "Qarabağ" bu gün daha bir yoxlama oyunu keçirib.
Qol.Az-ın məlumatına görə, bu dəfə Ağdam klubunun rəqibi Rumıniyanın "Petrolul Ploiesti" komandası olub.
Görüş "Qarabağ"ın qələbəsi ilə başa çatıb. Hər hissədə bir dəfə fərqlənən Qurban Qurbanovun komandası Türkiyədə ilk qələbəsini qazanıb.
Qeyd edək ki, ilk görüşündə Qazaxıstanın "Taras" klubuna 0:1 hesabı ilə məğlub olan "Qarabağ" ardında Avstriya "Rid"inə də uduzmuşdu - 1:3. Daha sonra Rumıniyanın "Vasluy" klubu ilə 1:1-lik bərabərə qalan Ağdam təmsilçisi ardından Ukrayna "Obolon"una məğlub olmuşdu - 0:3.
31 yanvar
Yoxlama oyunu
16:45. "Qarabağ" - "Petrolul Ploiesti" - 2:0
Qollar: Admir Teli, 30 (1:0), Rauf Əliyev, 56 (2:0)
"Qarabağ"ın start heyəti: Bojan Pavloviç, Maksim Medvedev, Rəşad Sadıqov, Admir Teli, Ansi Aqolli, Rəşad Sadiqov, Namiq Yusifov, Kalonas, Georgi Adamiya, Vüqar Nadirov, Rauf Əliyev
Oyun başladı
3. Ruminlar ilk dəqiqələrdən daha üstün oyun sərgiləməyə çalışırlar
5. Ansinin asmasına çatan olmadı
8. Oyunda ilk təhlükəli vəziyyəti "Qarabağ" yarada bilərdi, amma Raufun ara ötürməsinə Kalonas çata bilmədi
11. "Qarabağ" rəqibin ilk dəqiqə pressinqini dəf edib, hazırda oyunu rəqibə aid olan hissədə davam etdirir
14. Ansi-Adamiya-Rəşad paslaşmasını sonda Kalonas künc zərbəsi qazanmaqla yekunlaşdırdı
19. Rumınlar "Qarabağ"ı əks hücumda tutmaq istəsə də, müdafiəçilər vaxtında öz mövqeyini tuta bildi
23. Bərabərsəviyyəli oyunda heç bir komanda real qol vəziyyəti yarada bilmir
24. Maksimin gözlənilmədən uzaq məsafədən zərbəsini qapıçı çətinliklə qaytara bildi
25. Vüqarın yandan asması qapı tirinə tuş gəldi
29. Meydanın mərkəzində rəqibdən topu alan Rəşad uzaq məsafədən zərbəsini qapıçı dəf edə bildi
30. Qoool!! Teli hesabı açdı. Maksimin uzaq məsafədən zərbəsini qapıçı dəf etsə də, özünü yetirən Teli topu qapıdan keçirdi
33. Qoldan sonra rəqib pressinq tətbiq etməyə çalışsa da "Qarabağ"lı futbolçular dəqiq oynayır
36. Rəşadın ötürməsindən snra Kalonas qapıçı ilə üzbəüz qalsa da, hakim oyundan kənar vəziyyət qeydə aldı
37. Hissə boyu rəqibin ilk təhlükəli əks hücumunun qarşısını da oyun boyu səhvsiz oynayan müdafiəçilər zərərsizləşdirdi
39. Vüqarın uzaqdan zərbəsini qapıçı tuta bildi
43. Hissənin sonlarında "Qarabağ" ikinci qolu vurmaq üçün irəli atılıb. Ərazi üstünlüyü tam komandanın tərəfindədir
İlk hissə başa çatdı. "Qarabağ" fasiləyə minimal üstünlüklə yollandı
İkinci hissə başladı
46. İkinci yarıya "Qarabağ" dəyişikliklə başladı. Kalonasın yerinə Vaqif meydana daxil oldu
48. Rumınlar ilk dəqiqələrdən təzyiq yaratmaq istəyirlər
49. Rauf inanılmaz qolu qaçırır. Vüqarın qapı ağzına ötürməsindən sonra Əliyev 2 metrdən qapıya düşə bilmir
52. Meydanda maraqlı futbol gedir
53. Bu dəqiqələrdə rəqib əks-hücumda tuta bilərik
54. Vüqarın asması qapıçıda qalır
56. Fantastik bir qol!!!!!!!!!!! Adamiya – Vaqif – Rauf ötürməsini sonuncu başla tamamladı
60. Vüqarın zərbəsi müdafiəçilərdən dönür
64. "Qarabağ" rəqibə nisbətən daha rahat oynayır. Topa nəzarət edir
65. "Qarabağ"da Sadıqov və Maksimin yerinə Zaur Həşimov və Eltun Yaqublu oyuna daxil olur
67. Rəqibin zərbəsi qapıdan aralı keçir
72. Daha 2 dəyişiklik. Rauf və Adamiyanın yerinə Bəxtiyar və Nedzipi oyuna daxil olur
75. Rumınlar yenə də qapını uzaqdan yoxlasalar da top qapıdan aralı keçir
79. Bojan çıxışda səhvsiz oynayır
80. Sadiqov və Vüqarın yerinə Qoran və İlqar meydana daxil oldu
82. Qarşılıqlı hücumlar gedir
85. Bojan qapıda yenə dəqiq oynayır
86. Aqolli və Telinin yerinə Kamil Hüseynov və Emin İmaməliyev oyuna daxil olur
88. Daha bir qol şansı. Vaqifin qapı önünə ötürməsi zamanı müdafiəçilərdən dönən topa Bəxtiyar zərbə endirsə də top dirəkdən dönür
89. Oyuna 3 dəqiqə əlavə olunur
90. Bojan uzaqdan gələn zərbəni dəf edir
Oyun başa çatdı
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər
Milliyə kimlər çağırıldı?
"Təkliflər futbolçulara təsir etdi" - Qurban Qurbanov
2 avtoqol, 1 qırmızı vərəqə, məhsuldar heç-heçə
"Arsenal"dan ardıcıl 3-cü məğlubiyyət
Zerbi: "Tottenhem" aşağı liqaya düşsə..."
Mahirin komandası qələbə qazandı
"Sabah" - "Zirə" : Heyətlər
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
"Qalatasaray"ın sabiq futbolçusu karyerasını başa vurdu
Stadionda yanğın oldu, oyun təxirə salındı
"Şamaxı" - "Qarabağ": Heyətlər
Yamal "Barselona"nın məşqini tərk etdi
PFL-in Tovuz şəhər stadionu ilə bağlı qərarı müəyyənləşdi
Arteta gələcəyindən danışdı
AFFA-dan qərar: Oyunlar təxirə salındı
CV-si ilə şəkil çəkdirmək istədi, rədd cavabı aldı - Video
"Barselona"ya rədd cavabı verdi
Arbeloadan 21-ci əsrin antirekordu
U-15 millilərinin turnirində yaş qalmaqalı
Zubir “Qarabağ”dan ayrılır – Yeni klubu bəllidir
Malenin het-triki “Roma”ya 3 xal qazandırdı
“Real”dan gözlənilməz xal itkisi
Kökçünün komandası səfərdə uduzdu
“Beşiktaş”dan 4 qollu qələbə
PSJ Enrike ilə müqaviləni uzadır
İtaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Barselona"dan Messi açıqlaması
Endrik 19 yaşında ata olacaq - Şəkil
Deşam "Real"ın baş məşqçisi ola bilər
"Borussiya"da yeni müqavilə