Litva millisinin futbolçusu “Qarabağ”da

Litva millisinin futbolçusu “Qarabağ”da
ÖLKƏ FUTBOLU 31 Yanvar 2012 / 12:36 3038
-  A +

Antalyada hazirlıq prosesində olan “Qarabağ”ın düşərgəsinə daha bir futbolçu qoşulub.

Qol.Az-ın Türkiyəyə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, baş məşqçi Qurban Qurbanovun baxışa dəvət etdiyi bu oyunçu Litva millisinin yarımmüdafiəçisi Kalonas Mindauqasdır.

1984-cü il təvəllüdlü K.Mindauqas ölkəsinin milli komandasında 2006-cı ildən çıxış edir, yığmadakı 35 oyunda 2 qol vurub. Hazırda müqaviləylə Rusiyanın “Nijni Novqorod” klubuna məxsusdur. Müxtəlif vaxtlarda Litva, Latviya, Rusiya, Ukrayna və İrlandiya klublarında oynayıb.

Baş məşqçi Qurban Qurbanov hazırlıq prosesinin gedişatı zamanı litvalı oyunçuyla bağlı qərar verəcək.

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...