Fariz Yusifovun qərarı qalmaqala səbəb oldu

Fariz Yusifovun qərarı qalmaqala səbəb oldu
ÖLKƏ FUTBOLU 21 Yanvar 2012 / 15:11 2480
-  A +

Azərbaycanlı FİFA hakimi Fariz Yusifovun idarə etdiyi “Krılya Sovetov” (Rusiya) – “Tyun” (İsveçrə) yoldaşlıq oyununda qalmaqal yaşanıb.

Qol.Az-ın məlumatına görə, buna Yusifovun matçın 80-ci dəqiqəsində əvəzetməyə icazə verməməsi səbəb olub.  

Belə ki, Samara təmsilçisinin futbolçusu Roman Qriqoryan Roman Vorobyovun yerinə meydana daxil olmaq istəsə də Fariz Yusifov buna icazə verməyib.

O, bunu Qriroryanın artıq ilk hissədə oynaması, FİFA qaydalarının əksinə əvəzetmələrə icazə verməməyi ilə əsaslandırıb. Belə olan təqdirdə isə “Krılya Sovetov”un baş məşqçisi Andrey Kobelev komandanı meydandan çıxarıb.

Qeyd edək ki, oyundan əvvəl bütün əvəzetmələr, hətta qırmızı vərəqə alan futbolçunun yerinə oyunçunun daxil olmağı ilə bağlı hər iki komanda arasında razılıq əldə olunduğu bildirilir.

Fariz Yusifov isə qalmaqala belə münasibət bildirib: "UEFA-nın normalarına görə geriyə əvəzetmə ya tərəflər arasında əvvəlcədən razılaşdırılmalıdır, ya da qeyri-mümkündür. Biz bu oyunu qonorara görə idarə etmədik. Çünki AFFA-nın hakimlərinin Antalyada təlim-məşq toplanışıdır. Bununla biz də sınanırıq və qiymət alırıq".

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...