- Bəhram bəy, bilirik ki, futbolla möhkəm maraqlanırsınız. Azarkeşlik etdiyiniz klublar hansılardır?
- Milli çempionatdakı klublarımızdan “Neftçi”yə, dünya klublarından isə “Barselona”ya azarkeşlik edirəm.Millimizin fanatı olmaqla, yanaşı 1982-ci ildən İspaniya millisinin də azarkeşiyəm.
- Oyunlara necə gedirsinizmi?
- 1985-ci ildən keçmiş Lelin, indiki Tofiq Bəhramov adına respublika stadionundakı oyunların əksəriyyətini buraxmamışam. Beynəlxalq miqyaslı yarışlarda isə sonuncu dəfə Almaniyadakı dünya çempionatında İspaniya-Ukrayna matçını canlı izləmişəm.
- Millimizin martın 28-də Rusiya ilə matçını izləmək üçün Moskvaya gedəcəksiniz?
- Əgər sponsor tapsam, hə (gülür). Rusiyadakı səfirliyimizə AFFA tərəfindən 5 min pulsuz bilet ayrılıb. Hələ ki, o biletlərdən biri də mənə gəlib çatmayıb.
- Ümumiyyətlə, AFFA sizi oyunlara dəvət edir?
- Mən demək olar ki, hər oyuna bilet alıram. Amma bəzən AFFA-dan dəvətnamə gəlir. Məktəb illərində fan klubun üzvüydüm. Ona görə çox zaman tablonun altında otururduq. Hətta bəzən stadionda matçı izləmək üçün hasardan da aşırdıq. İndi isə çox zaman tablonun altında, jurnalistlər üçün ayrılan yerdə otururam. Sovet vaxtında belə idi ki, möhtəşəm olimpiadalara, çempionatlara Vidson İosef , Kabzon, Müslüm Maqomayev kimi məhşur simaları çağırırdılar. Onlar orda “Olimpia” adlanan kənddə qalırdılar. İndi də AFFA oyunlara məhşur simaları dəvət etsə, məncə daha yaxşı olar.
- Bilirik ki, bir çox futbolçuyla dostluq edirsiniz...
- Maşallah Əhmədov, İqor Ponomoryov və İsgəndər Cavadovla yaxın münasibətlərim var. Elə bir saat əvvəl İqorla telefonla danışmışam. Hazırkı nəsildən isə Rəşad Sadıqova azarkeşlik edirəm. Otağımda divarda məhşur insanların rəsmləri var. Rəşad Sadıqovun da rəsmi divardan asılıb. Mən Rəşadı ona görə sevirəm ki, o, oyun zamanı heç zaman “xaltura” eləmir. Ya pis oynayır, ya da yaxşı. İndi görürsüz, “Kocaelispor”da oynayır və çox sevinirəm ki, o bizi layiqli təmsil edir.
- Son zamanlar futbolumuza dövlət qayğısı artıb. Güclü sərmayələr yatırılır.
- Bəli, mən bunu yüksək qiymətləndirirəm. Amma çox təəssüf ki, biz bu işə 10 il əvvəl başlaya bilmədik. Onda bəlkə bizim klublar artıq dünyada öz sözünü demişdi. İşləmək lazımdır. Ən əsası uşaq futboluna diqqət yetirməliyik. Şəmkir, Tovuz xüsusən də Gəncə kimi şəhərlərimizdə futbol akademiyaları açmalıyıq. Gəncəni ona görə xüsusi vurğuladım ki, ən azından Gəncə futbolu bizə Dmitri Kramarenko, Vəli Qasımov kimi futbolçular bəxş edib.
- Berti Foqtsa münasibətiniz necədir?
- Çox gözəl. Məncə, bir çox tanınmış alman mütəxəssisi Azərbaycana gətirmək lazımdır ki, 20 il sonra Azərbaycan beynəlxalq arenada öz sözünü deyə bilsin. Bizim futbolçularda güclü nizam-intizam yoxdur. Alman nizam-intizamından yararlanmaq lazımdır. Yəqin ki, “Qalatasaray”ın “Hamburq”la son matçını izlədiniz. Türklər 2:0 öndə olsalar da, matçın sonunda üç top buraxdılar. Yenə də alman futbolu. Birdə AFFA-nın yeni açdığı Futbol Akademiyası ilə bağlı narazılığım var. Mən bilən bu akademiyada 27 nəfər təhsil alacaq. Məncə, bu çox azdır. 8 milyonluq Azərbaycan üçün 27 nəfər nədir ki?
- Sizcə, bu il Azərbaycan Premyer-Liqasında çempion kim olacaq?
- Vallah deyə bilmərəm. Kim olursa olsun, əsas odur millimiz uğurlu çıxış etsin.
Gülqız DADAŞOVA
Yuxarı
Fransa - İsveç: Heyətlər
Haalanddan zəif göstərici
"Marsel"də baş məşqçi ayrılığı
Braziliya millisində itki
"Onlar akademiyalarda, biz isə çətinliklər içində böyüdük"
Dünya çempionatlarında yalnız 3 milli bunu bacarıb
Portuqaliyalı hücumçu "Milan"da
"Zirə" Türkiyə klubuna məğlub oldu
Kot d'İvuar - Norveç: Heyətlər
İstefa dalğası bu dəfə ona doğru gəlir
İspaniya millisinin müdafiəçisi “Atletiko”ya keçdi
Mundialın oyun günləri ABŞ-da dəhşətli isti gözlənilir
Oğlunu bağrına basıb hönkür-hönkür ağladı - Video
1-ci və 2-ci liqada mövsümün başlama tarixi açıqlandı
"Sabah"dan ayrıldı, Rusiya klubuna keçir
"Neftçi" Sloveniya toplanışına start verdi
Kasilyasdan futbol qaydaları ilə bağlı maraqlı təklif
"Karvan Yevlax"dan "Səbail"ə
Azərbaycan millilərində məşqçi dəyişiklikləri
"Qəbələ" konqolu futbolçu transfer etdi
"İnter"də daha üç ayrılıq - Rəsmi
Asim Xudiyevə yeni mövsümün ilk təyinatı
“Turan Tovuz” rəsmisi: “Fənərbaxça” seçimi təsadüfi deyil”
Türkiyədə legioner limiti dəyişmədi
"İnter" Yan Zommerlə yolları ayırdı
Azərbaycanda bu şəhərin iki klubu birləşdirildi
"İranın mundialdan getməsinə görə sevindim, rəqs etdim"
İbrahimoviç Kumanı sərt tənqid etdi
“Qarabağ” 1 milyon avroya müdafiəçi alır - Macar mediası
Paraqvay Almaniyaya belə qalib gəldi - Video
Naqelsman: "İstefa vermirəm"
Qələbədən sonra bütün komanda səcdə etdi - Şəkil
Levandovskinin yeni klubu rəsmən açıqlandı
Paraqvayda millinin uğuruna görə tətil elan edildi
DÇ-2026: 1/8 finalın ilk cütü müəyyənləşdi
Braziliyanı 1/8 finala aparan qələbə - Video
Almaniya mundialla vidalaşdı - DÇ-2026-da sensasiya
Millimizin üzvü Kosovo klubu ilə anlaşdı
“Bu heyət dünya çempionu olmağa qadirdir” - Kazemiro
“İmişli”ni I Liqa klubuna dəyişdi
Braziliya millisinin seriyası davam edir
U-17 millimiz Tacikistana məğlub olub
Braziliya - Yaponiya oyununun ən yaxşısı kim seçildi?