“Səbail” Boluda son yoxlama oyununu keçirib

“Səbail” Boluda son yoxlama oyununu keçirib
ÖLKƏ FUTBOLU 24 Avqust 2026 / 00:37 297
-  A +

2026/2027-ci il mövsümü üçün hazırlığını Türkiyənin Bolu bölgəsində davam etdirən I Liqa təmsilçisi “Səbail” qonşu ölkədə son yoxlama oyununu keçirib.

QOL.az xəbər verir ki, Elnur Abdullayevin rəhbərlik etdiyi komanda Şimali Kipr Türk Respublikası təmsilçisi “Mağusa” klubu ilə üz-üzə gəlib. 

Qarşılaşma “Səbail”in 2:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda Aldo Josue Gomes Soares (Dinho) dubla imza atıb.

Bununla da, “Səbail”in Türkiyədəki təlim-məşq toplanışı başa çatıb. 


Qarabağ FK
Son xəbərlər
topaz banner