“MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirində potensial rəqiblərimizlə maraqlanmıram. Onsuz da püşk bizdən asılı deyil. Kiminlə düşsək, onunla da oynayacağıq. Belə olan halda, nəyə görə baş sındırmalıyam?” Bunu Azərbaycanı “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirində təmsil edəcək Bakının “İnter” klubunun baş məşqçisi Valentin Xodukin deyib.
Gələn ilin yanvarında Moskvada keçiriləcək turnirə hazırlığın bir mərhələsi kimi baxan 69 yaşlı ukraynalı mütəxəssis bütün komandaların çətinliklə üzləşəcəyini bildirib: “Bu da istirahətdən sonra hazırlığa yeni başlamaqla bağlıdır. Hesab edin ki, biz Moskvada təlim-məşq toplanışı keçəcəyik. Bu zaman istədiyin komanda ilə qarşılaşmaya bilərsən. Bir sıra komandalar yarışdan imtina etsə belə, Rusiya paytaxtında maraqlı və gərgin mübarizə gözlənilir. Son Rusiya çempionu “Rubin” turnirə əvəzedici komanda göndərsə belə, onu zəif saymıram. Çünki Kazan klubunda səviyyəli futbolçuların çox olduğunu bilirəm. Orada bir illik müqaviləyə görə 100 min qriven qazanan futbolçu yoxdur”.
“Birlik kuboku”na yalnız sınaq prosesi kimi yanaşmayan Xodukin həm də nəticə qazanmaq iddiasındadır. Ancaq son Azərbaycan çempionunun çalışdırıcısı kubokun yenə Bakıya gəlməsinə bir qədər ehtiyatla yanaşırlar: “Sizcə, kubokun son dörd ildə üçüncü dəfə Azərbaycana gəlməsinə razı olarlar? Məgər “Birlik kuboku” Azərbaycan çempionatıdır? Deyə bilmərəm ki, “Neftçi” və “Xəzər-Lənkəran”ın kuboku qazanmasından sonra “İnter”in də turnirin favoritidir. Sadəcə, bu klubların uğurlu çıxışı Azərbaycan təmsilçilərinə ciddi rəqib kimi qəbul etməyə zəmin yaratdı. Bu mənada rəqiblərimiz bizimlə oyuna ciddi yanaşacaq”.
Qeyd edək ki, “İnter”in rəqibləri dekabrın 1-də Moskvada bilinəcək.
Mənbə: apasport.az
UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu
2-ci liqada 26-cı tura yekun vuruldu
"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov
"Zirə" final matçına itki ilə çıxacaq
Serxio Ramos "Sevilya"nın rəhbəri ola bilər
Əliyar Ağayev bu dəfə 1-ci liqada
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
"Azarkeşlər finaldan həzz alacaqlar" - Valdas Dambrauskas
Pikeyə 200 min avro cərimə kəsildi
“Kəpəz”in şərtləri məni qane etsə, qalacam” – Azər Bağırov
Levandovski üçün sürpriz namizəd
"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi
Azərbaycan kubokunda finalın hakimləri açıqlandı
Baş məşqçi DÇ-2026-ya 1 ay qalmış istefa verdi
“Sabah" onu 1 milyona birdəfəlik transfer edir
Bir mövsümdə cəmi 25 dəqiqə oynadı, müqaviləsi ləğv edildi