AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası bu gün son görüşünə çıxıb. Qol.Az-ın məlumatına görə, Berti Foqtsun komandası səfərdə Türkiyə millisinin qonağı olub.
Bu komandalar arasında ötən ilin oktyabrında Bakıda baş tutmuş görüş 1:0 hesabı ilə millimizin xeyrinə başa çatmışdı. Həmin məğlubiyyət Türkiyə yığmasına qrup ikinciliyi yolunda ağır zərbə olmuşdu. Bu dəfə isə komandalar “Türk Telekom Arena”sında üz-üzə gəliblər.
Son görüşündə evdə Avstriya millisinə 1:4 hesabı ilə məğlub olan millimizin səfərdə necə təsir bağışlayacağı böyük maraq doğururdu. Heyətində yetərincə itkilərin olması da, komandamızın əlyehinə idi. Rauf Əliyev və Saşa Yunisoğlunun cəzalı olması, Vaqif Cavadovun isə millidə oynamaqdan imtina etməsi yığmamız üçün ağır itki sayılırdı.
Lakin Türkiyə millisində də heç də hər şey qaydasında deyil. Heyətindəki itkilərlə yanaşı, son oyununda Almaniya yığmasına 1:3 hesabı ilə məğlubiyyət futbolçuların psixologiyasına məni təsir etmişdi. Bununla belə, türklərin millimizlə oyunda qələbə qazanaraq “play-off”a çıxmaq istəyi heç kəsdə şübhə doğurmurdu.
Türkiyə millisi Bakıdakı məğlubiyyətin əvəzini çıxmağı bacarıb. Burak Yılmazın 60-cı dəqiqəsində vurduğu qol oyunda geganə olub - 1:0. Almaniyanın da öz meydanında Belçikanı 3:1 hesabı ilə məğlub etməklə Türkiyəni "play-off"a daşıyıb.
Azərbaycan və Türkiyə milli komandaları indiyə qədər 6 dəfə qarşılaşıblar. Bu, görüşlərdən birində heç-heçə, birində qələbə qazandığımız halda, 4 dəfə də meydanı məğlub tərk etmişik. Qapımızda 8 top gördüyümüz halda, cəmi 2 dəfə rəqibi məyus etmişik. Axşamkı görüş isə bu komandalar arasında 7-ci qarşılaşma olacaq. Bu oyunun necə nəticələnəcəyini isə axşam görəcəyik.
11 oktyabr
AÇ-2012-nin seçmə mərhələsi
22:00. Türkiyə - Azərbaycan - 1:0
Qol: Burak Yılmaz, 60 (1:0)
Hakimlər: Peter Rasmussen, Henrik Sonderbi, Nyels Hoeq, Lars Kristoffersen (hamısı İsveçrə).
İstanbul. “Türk Telekom Arena”.
Türkiyənin start heyəti: 12. Sinan Bolat, 3. Hakan Balta, 4. Gokhan Zan, 19. Egemen Korkmaz, 22. Səbri Sarıoğlu, 5. Əmrə Bəlözoğlu (k), 6. Hamit Aktıntop, 14. Arda Turan, 15. Mehmet Topal, 17. Burak Yılmaz, 18. Kazım Kazım
Ehtiyat oyunçular: 22. Hakan Arıkan, 7. Gökhan Gönül, 8. Səlcuq İnan, 9. Ümit Bulut, 10. Mehmet Ekiçi, 20. Gökhan Töre, 21. Ömər Toprak
Azərbaycanın start heyəti: 1. Kamran Ağayev, 4. Mahir Şükürov, 21. Vladimir Levin, 8. Aleksandr Çertoqanov, 13. Vurğun Hüseynov, 14. Raşad Sadıqov (k), 15. Ruslan Abışov, 17. Vüqar Nadirov, 20. Ufuk Budak, 22. Əfran İsmayılov, 10. Branimir Subaşiç
Ehtiyat oyunçular: 23. Andrey Popoviç, 2. Rail Məlikov, 5. Elnur Allahverdiyev, 6. Rəşad Sadiqov, 18. Arif İsayev, 19. Rahid Əmirquliyev, 16. Elşən Məmmədov,
Turnir cədvəli
|
Y |
Komandalar |
O |
Q |
H |
M |
T-F |
PM |
Xal |
|
1 |
Almaniya |
10 |
10 |
0 |
0 |
34 - 7 |
27 |
30 |
|
2 |
Türkiyə |
10 |
5 |
2 |
3 |
13 - 11 |
2 |
17 |
|
3 |
Belçika |
10 |
4 |
3 |
3 |
21 - 15 |
6 |
15 |
|
4 |
Avstriya |
10 |
3 |
3 |
4 |
16 - 17 |
-1 |
12 |
|
5 |
AZƏRBAYCAN |
10 |
2 |
1 |
7 |
10 - 26 |
-16 |
7 |
|
6 |
Qazaxıstan |
10 |
1 |
1 |
8 |
6 - 24 |
-18 |
4 |
Flik çempionluğa inanır
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər
Milliyə kimlər çağırıldı?
"Təkliflər futbolçulara təsir etdi" - Qurban Qurbanov
2 avtoqol, 1 qırmızı vərəqə, məhsuldar heç-heçə
"Arsenal"dan ardıcıl 3-cü məğlubiyyət
Zerbi: "Tottenhem" aşağı liqaya düşsə..."
Mahirin komandası qələbə qazandı
"Sabah" - "Zirə" : Heyətlər