Vaqif Cavadov: “Başa düşdüm ki, ikiüzlüdürlər”

Vaqif Cavadov: “Başa düşdüm ki, ikiüzlüdürlər”
ÖLKƏ FUTBOLU 10 Oktyabr 2011 / 15:29 3426
-  A +

Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Bakıda Avstriya kollektivinə 1:4 hesabla məğlubiyyətdən sonra yığmamızın üzvü Vaqif Cavadovun millidən imtina etməsi ilə bağlı məlumat yayılıb. AFFA-nın rəsmi saytında yer alan məlumata görə, Rusiyanın “Volqa” klubunun üzvü qarşılaşmadan sonra heç bir səbəb olmadan yığmanın düşərgəsini tərk edib. Bununla bağlı Vaqif Cavadov ANS TV-yə müsahibə verib. Müsahibəni təqdim edirik.

 - Yığmadan imtina etməyinizlə bağlı xəbər doğrudurmu? 

 - İlk növbədə bildirmək istəyirəm ki, mən belə bir söz deməmişəm. Kimsə mənim ağzımdan millidən imtina etməyim barədə söz çıxardığımı söyləyə bilməz. Mən Azərbaycan yığmasında oynamaqdan həmişə qürur duymuşam. Mən 16 yaşımdan Rusiya milisindən gələrək Azərbaycan yığmasında oynamışam. Məni bəziləri kimi arxamca 3 dəfə Moskva gəlib dəvət etməyiblər. Sadəcə olaraq, Avstriya ilə oyundan sonra bildirmişəm ki, əgər milliyə lazım deyiləmsə, biletimi alın, gedim Moskvaya. Oteldə belə bir söz söylədiyimi etiraf edirəm. Ancaq AFFA-nın baş katibi Elxan Məmmədov zəng edib soruşmadı ki, niyə belə bir qərar vermişəm. Yəqin yığmaya lazım olmadım ki, mənim biletimi alaraq Moskvaya yola saldılar. Bəli, bu səbəblərə görə mən millidən getmişəm.

İndi söyləyirlər ki, Vaqif Cavadov Beri Foqts onu Avstriya ilə oyunda əvəzlədiyinə görə acıq edərək millini tərk edib. Ancaq bu, yanlış məlumatdır. Heç bir məşqçi deyə bilməz ki, nə vaxtsa əvəzlənməyimin səbəbini soruşmuşam.

- Yığmadan getmək qərarın qətidirmi? 

 - Xeyr, qəti qərarımı verməmişəm. Yenə demək istəyirəm ki, mən millidən imtina etdiyimi söyləməmişəm. Sadəcə demişəm ki, milliyə lazım deyiləmsə, biletimi alın qayıdım Moskvaya.

- Mətbuatda sənin haqqında yazılanlara münasibətin necədir? 

- Mən inanmızdım ki, haqqımda bu cür məlumatlar yayıla bilər. Başa düşdüm ki, tanıdığım adamların çoxusu ikiüzlüdür. Yenə təkrar edirəm ki, bəzi adamlar üçün 3 dəfə Moskvaya gedib Azərbaycan millisinə dəvət ediblər. Mən Bakıda ola–ola isə soruşmadılar ki, Moskvaya getməyimin səbəbi nədir. 16 yaşından Azərbaycan yığmasında pis-yaxşı çıxış edən bir futbolçu kimi mənə haqsızlıq olub və mən bundan çox üzülürəm.

Daha çox


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu