“Azərbaycan kimi bir komandayla doğma meydanda oynayırıqsa, qalib gəlmələyik. Əgər bunu bacarmırıqsa, deməli final mərhələsinə getməyə layiq deyilik”.
Qol.Az-ın məlumatına görə, bu sözləri Avro-2012-nin seçmə mərhələsində millimizlə oyunöncəsi təşkil olunmuş mətbuat konfransında Türkiyə yığmasının baş məşqçisi Quus Hiddink deyib. Komandasının seçmə mərhələd qeyri-stabil çıxış etdiyini söyləyən holland mütəxəssis yığmamıza Bakıdakı məğlubiyyəti də xatırlayıb:
“Seçmə mərhələ oyunları hələ başa çatmayıb. Bu günə qədər keçirdiyimiz oyunları analiz etsək, qeyri-stabil çıxış etdiyimizi söyləmək olar. Bir-iki səfər oyununda problemlə üzləşdik. Yetərincə mübariz təsir bağışlamadıq. Azərbaycanla səfər oyunu da bizim enişli matçlarımızdan biri oldu”.
Hiddink sabahkı oyunda sadəcə zədəli Volkan Dəmirəlin çıxış etməyəcəyini söyləyib: “Futbolçularımızın hamısı sabahkı görüşdə oynaya biləcək vəziyyətdədilər. Sadəcə Volkan Almaniya ilə matçda zədələndi. Ona görə də hazırda heyətdə yer almır”.
Təcrübəli çalışdırıcı Almaniya ilə oyunda Ardanı əvəzlədikdən sonra futbolçunun ona qarşı hörmətsizlik etməsi ilə bağlı gəzən söz-sözhbətlərə də aydınlıq gətirib:
“Hesab 0:2 olduqdan sonra daha çox riskə getmək istəmədim və Ardanı əvəzlədim. Yanıma gələndə, ispan dilində ona ehtiyacım olduğunu söylədim. Vacib deyil ki, oyunçu həmişə meydançanı tərk edəndə gülsün. Mənə qarşı hörmətsizlik edib-etmədiyini ondan da soruşsanız, yaxşı olar. Arda hamıya hörmətlə yanaşan insandı. Sadəcə özünü düşünən ulduz futbolçu yox, həm də ulduz oyunçuya nümunə ola biləcək bir şəxsdir”.
Flik çempionluğa inanır
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər
Milliyə kimlər çağırıldı?
"Təkliflər futbolçulara təsir etdi" - Qurban Qurbanov
2 avtoqol, 1 qırmızı vərəqə, məhsuldar heç-heçə
"Arsenal"dan ardıcıl 3-cü məğlubiyyət
Zerbi: "Tottenhem" aşağı liqaya düşsə..."
Mahirin komandası qələbə qazandı
"Sabah" - "Zirə" : Heyətlər