Quus Hiddink: “Azərbaycanı məğlub edəcəyimizə əminəm”

Quus Hiddink: “Azərbaycanı məğlub edəcəyimizə əminəm”
ÖLKƏ FUTBOLU 10 Oktyabr 2011 / 11:51 1905
-  A +

“Taleyimiz artıq öz əlimizdə deyil. Bunun günahkarı isə bizik. Üzərimə düşəni edəcəyəm. Ancaq iş mənimlə bitmir. Bu yük bəzilərinə ağır gəldi”.

Qol.Az-ın məlumatına görə, bu sözləri Türkiyə millisinin baş məşqçisi Quus Hiddink deyib. Almanlara məğlubiyyəti normal sayan holland mütəxəssis millimizlə oyunöncəsi hər hansı taktikadan danışmağa ehtiyac olmadığını bildirib:

“Azərbaycanla oyunöncəsi taktikadan danışmağa ehtiyac yoxdur. Almaniyaya məğlubiyyət normaldı. Ancaq bizi bu vəziyyətə salan bu deyil. Azərbaycan, Avstriya və Belçika ilə matçlar bizə təsir elədi. Heyətdəki oyunçularımız istədiklərimizi meydanda gerçəkləşdirə bilsəydilər, bu gün hər şey fərqli olardı. Təəssüf ki, Türkiyədə hisslər gerçəkləri ört-basdır edir”.

Almanların Belçikanı udacaqlarına şübhə etməyən Hiddink həmin oyunda  başqa bir nəticə qeydə alınarsa, UEFA və FİFA-nın məsələyə əl qoymalı olduğunu söyləyib:

“Nə olursa, olsun, almanlar Belçikaya məğlub ola bilməzlər. Əgər belə bir şey baş verərsə, UEFA və FİFA bütün işlərini bir kənara qoyub, bu oyunu təhlil etməlidir. Bəlkə Yoahim Löv heyətdə bəzi dəyişikliklər edə bilər. Ancaq intizam baxımından heç bir güzəştə getməyəcək. Azərbaycanı məğlub edəcəyimizə əminəm. Futbolçularıma güvənirəm”.

Daha çox


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu