“Avstriyaya səfərdə 0:3 hesabı ilə məğlub olduğumuz görüşdə oynamışdım. Bakıdakı matçda isə (0:0 – red.) son dəqiqələrdə vaxt öldürmək üçün meydana çıxmışdım”.
Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində milli komandamızın sabiq üzvü Samir Əliyev deyib. DÇ-2006-nın seçmə mərhələsinin Avstriya ilə hər iki oyununda iştirak edən təcrübəli hücumçu bugünkü qarşılaşmada komandamızın şanslarını dəyərləndirib. Əliyev yığmamızın qələbə qazana biləcəyini deyib: “Mənim fikrimcə, ağır oyun olacaq. Çünki arada bir xallıq fərq var. Ona görə də Azərbaycan Avstriya ilə sonadək mübarizə aparacaq. Ancaq Avstriya Türkiyə və Belçikadan güclü komanda deyil. Onları da udmaq olar. Hər şey futbolçulardan və onların oyuna köklənməsindən asılıdır. 3 xal almaq üçün şans var. Ancaq yenə deyirəm ki, çətin oyun olacaq. Çünki Avstriya güclü komandadır”.
“Futbolçularımızda ancaq istək olmalıdır. Türkiyə, Belçika və Qazaxıstana qarşı necə oynamışıqsa, ondan daha çox istəklə Avstriyaya qarşı mübarizə aparmalıyıq. Bu komandanı ancaq belə məğlub etmək olar. Çünki səviyyə baxımından biz çox geri qalırıq. Rəqibin heyətində çıxış edən futbolçuların hamısı Avropanın güclü klublarında oynayır. Ancaq istək olmalıdır”.
S.Əliyev millimizin seçmə mərhələdə ilk dəfə 7 xal toplamasını irəliləyiş kimi dəyərləndirsə də, bunu uğur hesab etmir: “Bu mənim şəxsi fikrimdir ki, 7 xal uğur hesab etmək olmaz. Çünki Ermənistana, Estoniyaya və digər MDB ölkələrinə baxanda, bizim topladığımız 7 xal uğur deyil. Amma tarixə baxanda, 7 xal ilk dəfə toplanılıbsa, deməli, hardasa irəliləyiş var. Lakin Ermənistanın 14 xalı olduğunu biləndə, adamın ürəyi ağrıyır. Çünki fikirləşirsən ki, bizdə futbola daha çox diqqət və vəsait ayrılır. Nəyə görə ermənilər bizdən üstün olmalıdılar? Ona görə də belə şeylər adama təsir edir. Yenə deyirəm, irəliləyiş var, amma çox azdır. İstərdik ki, daha çox olsun. İnşallah, xal ehtiyatımızı 10-a çatdırsaq, əla olardı”.
Flik çempionluğa inanır
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər
Milliyə kimlər çağırıldı?
"Təkliflər futbolçulara təsir etdi" - Qurban Qurbanov
2 avtoqol, 1 qırmızı vərəqə, məhsuldar heç-heçə
"Arsenal"dan ardıcıl 3-cü məğlubiyyət
Zerbi: "Tottenhem" aşağı liqaya düşsə..."
Mahirin komandası qələbə qazandı
"Sabah" - "Zirə" : Heyətlər