“Son iki oyundakı qələbədən sonra xalqımız bizdən bu görüşdə də yaxşı nəticə gözləyir. Ona görə də bütün gücümüzlə çalışıb, Avstriya millisi ilə matçdan qələbə ilə ayrılmalıyıq. Sabah meydanda əlimizdən gələni edəcəyik ki, xalqımızı sevindirək”.
Qol.Az-ın məlumatına görə, bu sözləri Avstriya yığması ilə oyunöncəsi təşkil olunmuş mətbuat konfaransında milli komandamızın aparıcı oyunçularından Elnur Allahverdiyev deyib. Hələlik sadəcə Avstriya ilə görüşü düşündüklərini söyləyən “Xəzər Lənkəran”ın müdafiəçisi türklərlə oyuna da xal qazanmaq üçün yollanacaqlarını bildirib:
“Düzdür, hələlik ancaq sabahkı oyunu düşünürük. Ancaq türklərlə görüşə də gəlincə, həmin oyuna da ancaq xal qazanamaq üçün çıxacağıq. Çünki hər şeydən öncə bizim də futbolçu kimi öz prinsiplərimiz var. Ona görə də meydana çıxıb, sonadək mübarizə aparacağıq. İnşallah, inanıram ki, həmin qarşılaşmadan da yaxşı nəticə ilə ayrılacağıq”.
Allahverdiyev sonda bir müddət öncə “Qarabağ”ın hücumçusu Rauf Əliyevi qəsdən zədələdiyi ilə bağlı yayılan məlumatlara da münasibət bildirib:
“Mətbuatda bu məsələylə bağlı mənə qarşı çox təzyiqlər oldu. Sözsüz ki, bu cür söz-söhbətlər adamı yorur. Ancaq futboldur. Necə ola bilər ki, mən millidə bir yerdə çıxış etdiyim futbolçunu zədələyim. Rauf mənim qardaşımdır. Oturub bir yerdə çörək yemişik. Belə şey heç vaxt ola bilməz. Allah da şahiddir ki, mən ona qəsdən zərbə endirməmişəm. Düzdür, bir qədər kobud oynadım. Amma Allaha şükür ki, zədəsi tez sağaldı və bu gün bizim aramızdadır. İnşallah, sabahkı oyunda da qol vurub, xalqımızı sevindirər”.
Flik çempionluğa inanır
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər
Milliyə kimlər çağırıldı?
"Təkliflər futbolçulara təsir etdi" - Qurban Qurbanov
2 avtoqol, 1 qırmızı vərəqə, məhsuldar heç-heçə
"Arsenal"dan ardıcıl 3-cü məğlubiyyət
Zerbi: "Tottenhem" aşağı liqaya düşsə..."
Mahirin komandası qələbə qazandı
"Sabah" - "Zirə" : Heyətlər