"Qazaxıstanla oyundakı qələbədən sonra komandanı növbəti oyuna hazırlamaq çox asandır. Bütün oyunçular özlərinə inanır və sərbəst məşq edirlər. Ancaq 100 faiz adaptasiya olmurlar".
Qol.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts bu gün keçirdiyi mətbuat konfransında deyib.
Foqts qarşıdakı oyunla bağlı daha sonra belə danışıb: "Avstriya millisi gənc və güclü komandadır. Onların futbolçuları güclü komandalarda çıxış edir. Təəssüf ki, bu oyunda Aqil Nəbiyev və Mahir Şükürov oynaya bilməyəcək. Bu, bizim üçün ciddi itkidir.
Biz daha çox məşq etmək istəyirdik. Lakin mənə lazımi şəraiti yaratmadılar. Hazırlığa daha tez başlayacaqdım. Çünki Avropada sürətli futbol oynayırlar. Ancaq milli çempionatla əlaqədar bu alınmadı. Bunun səbəbini isə AFFA və PFL-dən soruşmaq lazımdır.
Daha öncəki oyunlarda mətbuat konfranlarına gəlməməyimin müəyyən səbəbləri var idi. Bunu da AFFA bilir. Almaniya mətbuatına isə yalnız Azərbaycan millisi ilə müqaviləmin başa çatacağını demişəm. Başqa heç nə.
Sabah azarkeşləri maraqlı oyun gözləyir. Əfran İsmayılovun arxasında mütləq müdafiəyə meylli oyunçu oynamalıdır. Əgər Makedoniya ilə oyunun ilk yarısı, Belçika və Qazaxıstanla oyunların isə ikinci hissəsində oynadığımız kimi çıxış etsək, sabah qələbə qazana bilərik.
Hazırda bizi Türkiyə yox, Avstriya ilə oyun maraqlandırır. Məncə, Almaniya Türkiyə yığmasına qalib gələcək".
Flik çempionluğa inanır
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər
Milliyə kimlər çağırıldı?
"Təkliflər futbolçulara təsir etdi" - Qurban Qurbanov
2 avtoqol, 1 qırmızı vərəqə, məhsuldar heç-heçə
"Arsenal"dan ardıcıl 3-cü məğlubiyyət
Zerbi: "Tottenhem" aşağı liqaya düşsə..."
Mahirin komandası qələbə qazandı
"Sabah" - "Zirə" : Heyətlər