“Məşqlərdə də görünür ki, komandada qələbə ruhu var. Əhval-ruhiyyə çox yaxşıdır. Qarşıdakı oyunlara ciddi hazırlaşırıq. Əsas məqsədimiz xalqımızı sevindirməkdir. Bunu oyunumuzdan da görəcəksiniz”.
Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində milli komandamız və “Qarabağ”ın üzvü Vüqar Nadirov deyib. AÇ-2012-nin seçmə mərhələsində oktyabrın 7-də Avstriya ilə baş tutacaq oyun barədə danışan gənc hücumçu meydana 3 xal üçün çıxacaqlarını bildirib:
“Biz də istəyirik ki, 3 xal qazanaq. Seçmə mərhələdə maksimum xal toplamaq istəyirik. Çünki aktivimizə nə qədər çox xal yazdıra bilsək, bir o qədər yaxşıdır. Azərbaycan millisi hələ bu qədər xal qazanmayıb”.
Türkiyə millisinin taleyinin bizdən asılı olduğunu söyləyən Nadirov türklərlə görüşün fərqli olacağını düşünür: “Türkiyə millisinə qarşı oyun tamam fərqli olacaq. Onların taleyi bizdən asılıdır. Ancaq biz meydançaya çıxıb, öz oyunumuzu oynayacağıq. Bizim üçün rəqibin fərqi yoxdur. Rəqib rəqibdir”.
Zədədən sonra ilk dəfə AZAL-la, sonrakı turda isə “Turan”la görüşlərdə inamlı təsir bağışlayan futbolçu hazırkı hazırlıq səviyyəsini də dəyərləndirib: “Zədədən sonra AZAL-la oyuna çıxanda, Allaha dua edirdim ki, birinci oyun yaxşı alınsın. Çünki ilk matça necə başlayırsansa, axıra kimi də elə gedirsən.
Şükürlər olsun ki, hər şey mənim üçün yaxşı alındı. Komandada mənə şansı gözüyumulu verirlər. Bilirlər ki, sürətli oyunçuyam və bundan da istifadə edirlər. Ona görə də neçə ildir, bu komandada çıxış edirəm. Yavaş-yavaş formaya düşürəm”.
Flik çempionluğa inanır
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər
Milliyə kimlər çağırıldı?
"Təkliflər futbolçulara təsir etdi" - Qurban Qurbanov
2 avtoqol, 1 qırmızı vərəqə, məhsuldar heç-heçə
"Arsenal"dan ardıcıl 3-cü məğlubiyyət
Zerbi: "Tottenhem" aşağı liqaya düşsə..."
Mahirin komandası qələbə qazandı
"Sabah" - "Zirə" : Heyətlər