AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Premyer Liqasının VII turunun “Neftçi” – “Bakı” matçından sonra baş verən qalmaqala da toxunulub.
Qol.Az-ın məlumatına görə, İK ötən iclasda diqqətdən kənar qalan bu məsələ haqda qərar verib.
Premyer Liqanın VII turunun Neftçi” – “Bakı” matçından sonra qonaq komandanın futbolçusu Elvin Əliyev soyunub-geyinmə otağından çıxdıqdan sonra “Neftçi” klubunun avtobusuna yaxınlaşıb və orada ona qarşı fiziki təsir göstərilib. Bu hadisə kütləvi informasiya vasitələrində əks olunsa da, adıçəkilən insident barəsində matçın AFFA nümayəndəsi və “Bakı” klubu tərəfindən İntizam Komitəsinə yazılı müraciət olmayıb.
Yuxarıda göstərilənləri nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarları qəbul edib:
1. Hər iki klub daxili intizam qaydalarını gücləndirməsi tövsiyyə edilir.
2. “Neftçi” klubu baş vermiş hadisə ilə bağlı təqsirkar şəxslər haqqında lazımi ölçü götürsün. Klub Premyer Liqanın növbəti ev oyunları zamanı ictimayi asayişi gücləndirsin və analoji hadisənin baş verməməsi üçün lazımi tədbirlər görsün. Əks halda, oxşar hadisənin baş verəcəyi təqdirdə “Neftçi” klubuna qarşı ən sərt tədbirlər görüləcək.
3. Hakim-İnspektorlar Komitəsi matçın AFFA nüməyəndəsi haqqında qərar qəbul etsin və yazılı surətdə İntizam Komitəsinə məlumat versin.
Sonda onu da xatırladaq ki, sözügedən matçın hakim-inspektoru Mübariz Hüseynov olub.
Flik çempionluğa inanır
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər
Milliyə kimlər çağırıldı?
"Təkliflər futbolçulara təsir etdi" - Qurban Qurbanov
2 avtoqol, 1 qırmızı vərəqə, məhsuldar heç-heçə
"Arsenal"dan ardıcıl 3-cü məğlubiyyət
Zerbi: "Tottenhem" aşağı liqaya düşsə..."
Mahirin komandası qələbə qazandı
"Sabah" - "Zirə" : Heyətlər