Rusiyanın “Anji” futbol klubunun böyük məşqçisi Vaqif Sadıqovun müsahibəsi
- Bakıya səfəriniz nə ilə əlaqədardır?
- Yığma komandaların oyunları ilə əlaqədar Rusiya Premyer Liqasında fasilə yaranıb. “Anji” rəhbərliyi də bütün komandaya oktyabrın 7-dək istirahət verib. Fürsətdən yararlanaraq, Vətənimə baş çəkməyi qərara almışam.
- Hacı Hacıyevin baş məşqçi postundan istefasından sonra komandadakı statusunuz nədən ibarətdir?
- Əvvəlki kimi böyük məşqçi vəzifəsində qalıram. Komandada baş məşqçi səlahiyyətlərini Andrey Qordeyev icra edir. Onun əsas köməkçisi isə oyunçu-məşqçi Roberto Karlosdur. Yeni baş məşqçi təyin olunanadək “Anji”nin uğurları üçün birgə çalışacağıq.
- Yeni baş məşqçi nə vaxt təyin olunacaq?
- Bu, klub rəhbərliyinin səlahiyyətində olan məsələdir. Nə vaxt və kimi təyin edəcəklərinə özləri qərar verəcək.
- Adətən, baş məşqçi postunu tərk edərkən köməkçiləri də onunla birgə gedir...
- Hacı Müslümoviç özü bizdən xahiş etdi ki, postumuzda qalaq və işimizi davam etdirək. “Anji” ilə 2012-ci ilin iyununadək müqaviləm var. Amma yeni baş məşqçi nə vaxt təyin olunsa, kiminlə işləyəcəyinə özü qərar verəcək. Bu baxımdan, komandadakı gələcək taleyimə yeni baş məşqçi təyinatından sonra aydınlıq gələcək.
- Hacıyevin əvəzinə Qordeyevin müvəqqəti baş məşqçi təyinatı haradasa başadüşüləndir. Amma Roberto Karlosun komandada ikinci şəxs funksiyalarını yerinə yetirməsi və sizdən – böyük məşqçidən yuxarı vəzifədə yer almasının məntiqi izahı nədir?
- Roberto Karlos bir futbolçu kimi “Anji”də daim böyük şəxsiyyət kimi qəbul olunub. Komandamızın kapitanı olub, yüksək nüfuza malikdir. Ona görə də məşqçi təyinatı da hamımız tərəfindən normal qəbul olundu.
- Axı Hacıyev cəzalı olduğu vaxt komandanı oyunlara Siz çıxarırdınız. Onun istefasından sonra bu postun başqasına həvalə olunmasını Sizə qarşı hörmətsizlik və ya inamsızlıq kimi dəyərləndirmək olar?
- Bunu bir jurnalist kimi necə istəyirsinizsə qəbul edə və yaza bilərsiniz. Amma biz rəhbərliyin hər bir qərarına hörmətlə yanaşırıq.
Mənbə: lent.az
Flik çempionluğa inanır
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər
Milliyə kimlər çağırıldı?
"Təkliflər futbolçulara təsir etdi" - Qurban Qurbanov
2 avtoqol, 1 qırmızı vərəqə, məhsuldar heç-heçə
"Arsenal"dan ardıcıl 3-cü məğlubiyyət
Zerbi: "Tottenhem" aşağı liqaya düşsə..."
Mahirin komandası qələbə qazandı
"Sabah" - "Zirə" : Heyətlər