Blatterdən danışılmış oyun hədəsi

Blatterdən danışılmış oyun hədəsi
DÜNYA FUTBOLU 11 İyul 2011 / 02:15 2446
-  A +

FİFA prezidenti Yozef Blatter danışılmış oyunlar və pul qoyuluşlarında iştirak edən futbolçu, məşqçi və hakimləri hədələyib. Qol.Az-ın məlumatına görə, Blatter belə məsələlərə çox həssas yanaşdıqlarını və bundan əndişə duyduqlarını bildirib.

O, bir tərəfdən qanunsuz pul qoyuluşları, digər tərəfdən danışılmış oyunlarla bağlı müxtəlif bilgilər aldıqlarını və almağa davam etdiklərini söyləyib. FİFA prezidenti adı futbolla bağlı çirkin əməllərdə hallananları ömürlük diskvalifikasiya edəcəklərini deyib:

"Çox böyük qərarlılıqla hərəkət etməliyik. Son həftələr və son günlərdə Yunanıstan, Türkiyə, Malayziya və digər ölkələrdə belə problemlər birdən-birə ortaya çıxıb. Bütün dünyada bu problem var. Bizim çıxış yolumuz oyunçu, məşqçi və ya hakimliyindən asılı olmayaraq, bütün şəxsləri ömürlük futboldan kənarlaşdırmaqdır". 
  

Son xəbərlər