Azərbaycan Premyer Liqa klubundan - 100 min avroluq transfer

Azərbaycan Premyer Liqa klubundan - 100 min avroluq transfer
ÖLKƏ FUTBOLU 2 Sentyabr 2026 / 12:16 261
-  A +

“Zirə” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

QOL.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, Bakı təmsilçisi “Şaveş”in braziliyalı hücumameylli mərkəz yarımmüdafiəçisi Ktataunu (Talysson Moreira Reis) transfer edir.

25 yaşlı futbolçunun keçidi üçün “Zirə”nin Portuqaliya klubuna təxminən 100 min avro ödəyəcəyi bildirilir. Ktatau yeni klubu ilə 3 illik müqavilə imzalayacaq.

Braziliyalı futbolçu bu mövsüm “Şaveş”ə qayıdıb və artıq 4 oyunda meydana çıxıb (hamısında əsas heyətdə). O, bundan əvvəl isə icarə əsasında “Felgeyraş”da çıxış edib, bu komandada 27 oyuna 1 qol vurub, 4 qolun ötürməsini edib.


Qarabağ FK
Son xəbərlər
01.09.26  20:12

"Bayer"ə qayıtdı

topaz banner