“Mançester Yunayted” Bruno Fernandeşlə bağlı qərarını verdi

“Mançester Yunayted” Bruno Fernandeşlə bağlı qərarını verdi
DÜNYA FUTBOLU 2 Sentyabr 2026 / 11:42 188
-  A +

“Mançester Yunayted” portuqaliyalı yarımmüdafiəçi Bruno Fernandeşlə müqaviləni uzatmağı planlaşdırır.

QOl.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira “X” sosial şəbəkəsində məlumat yayıb.

Onun sözlərinə görə, İngiltərə klubu 31 yaşlı futbolçu ilə uzunmüddətli yeni müqavilə imzalamaq niyyətindədir. “Mançester Yunayted” Bruno Fernandeşlə müqaviləni 2029-cu ilə qədər uzatmağı planlaşdırır”, - deyə Skira bildirib.

Bruno Fernandeş İngiltərə Premyer Liqasının cari mövsümündə 2 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Portuqaliya millisinin üzvünün “Mançester Yunayted”lə hazırkı müqaviləsi 30 iyun 2027-ci ilədək qüvvədədir.
 


Qarabağ FK
Son xəbərlər
01.09.26  20:12

"Bayer"ə qayıtdı

topaz banner