FİFA iki ölkədə futbola qadağa qoydu

FİFA iki ölkədə futbola qadağa qoydu
DÜNYA FUTBOLU 4 İyul 2011 / 22:35 3630
-  A +

FİFA Suriya və Yəməndə 2014-cü il dünya çempionatının Asiya zonası üzrə seçmə matçlarının keçirilməsinə qadağa qoyub. Qol.Az-ın məlumatına görə, buna hər iki ölkədə ictimai-siyasi vəziyyətin qeyri-sabitliyi səbəb olub.

Qadağa hələlik bir ay davam edəcək. Sonra isə situasiyaya yenidən baxıla bilər.

Suriya və Yəmən yığmaları ev oyunlarını neytral meydançalarda keçirməli olacaqlar. Suriya Tacikistanı qonşu İordaniyada qəbul edəcək. Yəmən isə rəqibini harada qəbul edəcəyini hələ müəyyənləşdirməyib.


Son xəbərlər