AFFA-nın baş katibi "Sabahın Ulduzları" matçını izləyib - Şəkil

AFFA-nın baş katibi "Sabahın Ulduzları" matçını izləyib - Şəkil
ÖLKƏ FUTBOLU 16 Avqust 2026 / 11:54 756
-  A +

“Sabahın Ulduzları” Bakı Kuboku uğrunda yarışların U-14 yaş qrupunda 4-cü tur çərçivəsində keçirilən “Sabah” - “Zirə” matçını izləyənlər arasında AFFA-nın baş katibi Cahangir Fərəcullayev də olub.

QOL.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, baş katib təşkilati işlərlə yaxından maraqlanıb, könüllülərlə görüşüb, oyunların "CBC Sport" telekanalında və BFF-nin YouTube sosial şəbəkəsində canlı yayımlanması üçün görülmüş işləri yüksək qiymətləndirib.

C.Fərəcullayev BFF prezidenti Tahir Süleymanovla fikir mübadiləsində “Sabahın Ulduzları” layihəsinin ölkəmizdə keçiriləcək U-15 Dünya Çempionatı və Festivalına müvafiq yaş qrupu üzrə milli komandamızın formalaşdırılması üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
24.08.26  10:30

39-cu qapıçı

24.08.26  09:59

Salahın dublu - Video

topaz banner