“Gözlədiyimiz kimi, çox çətin, gərgin oyun alındı. Qarşılaşmanı bizim üçün çətinləşdirən amillərdən biri də rəqibin çempionatının davam etməsi idi. “Torpedo” fiziki cəhətdən bizdən yaxşı vəziyyətdə idi. Bunu bilirdik”.
QOL.az xəbər verir ki, bu sözləri “Zirə”nin müdafiəçisi Ruan Renato UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda Kutaisi “Torpedo”sunu 3:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.
O, cavab matçı öncəsi yaxşı nəticə əldə etdiklərini bildirib: “Oyun ərzində yaratdığımız qol fürsətlərindən yaxşı faydalandıq. Sona yaxın rəqib təzyiqi artırmışdı. Nə xoş bizə ki, rəqibin qol vurmasına imkan vermədik. Səfər oyunundan öncə yaxşı nəticə əldə etdik”.
Braziliyalı müdafiəçi qarşılaşmada dubl etməsindən də danışıb: “Təbii ki, müdafiəçi üçün bir oyunda iki qol vurmaq hər zaman gözlənilən olmur. Çünki bizim funksiyamız ilk növbədə yaxşı müdafiə olunmaqdır. Nə xoş mənə ki, komandam üçün faydalı oldum və səfər öncəsi əlverişli nəticə qazandıq. Bunda komanda yoldaşlarımın da böyük rolu oldu. Yaxşı temp və intensivlik nümayiş etdirdik”.
Renato avrokuboklarda iştirakın onlar üçün gözlənilməz olduğunu vurğulayıb: “Mövsüm başa çatdıqdan sonra demək olar ki, hamımız istirahətə yollanmışdıq. Birdən deyildi ki, avrokuboklarda iştirak ehtimalımız var. Təbii ki, bu qərar hamımız üçün gözlənilməz oldu. Məşqçilərimizin verdiyi proqram sayəsində istirahət zamanı müəyyən qədər formada qalmağa çalışırdıq. Toparlana bildik. Məncə, ilk oyun üçün yaxşı nəticə oldu. Bu qələbə gələcəkdə çempionata köklənməyimiz baxımından da mühüm əhəmiyyət kəsb edir”.
Keyn Runini geridə qoydu
İngiltərə uğurlu seriyasını qoruya biləcək?
"Argentina ilə gərgin və emosional mübarizəyə hazırıq"
"Heyətdə dəyişikliklər ola bilər" - Qurban Qurbanov
İngiltərə - Argentina: Heyətlər
"Zirə"nin "Torpedo" hazırlığından - Şəkillər
"Liverpul" ona 60 milyon xərcləməyə hazırdır
Salah "Çelsi"yə qayıdır?
"Gedişatı dəyişmək üçün hər şey edəcəklər" - Rəşad Sadıqov
Mourinyo onun gedişinə mane oldu
Ölkə çempionu 6-cı diviziona göndərildi
FİFA DÇ-2026-nın finalında fasiləni uzatmağı planlaşdırır
Dünya çempionatları tarixinə düşdü
Obameyanq "Deportivo"ya qayıdır
Ehtiram Şahverdiyevin yeni klubu məlum oldu
Rodri dünya çempionatının rekordunu yenilədi
"Bəzi mövqelərdə transferə ehtiyacımız var" - Azər Məmmədov
Mönye bu kluba keçdi
Tuxel: "Messiyə qarşı bir yol tapacağıq"
Azərbaycan boksçuları Almaniyadan 6 medalla qayıdırlar
Harri Uinks "Lester"dən getdi
De la Fuente hakimdən narazıdır: "Bu, ədalətsizlik idi"
Skaloni: "Bütün gücümüzü meydana qoyacağıq"
"Şamaxı"dan növbəti transfer
Deşam məğlubiyyətdən danışdı
İspaniyanın idman naziri: "Dünya çempionu olacağıq"
Toral oynadı, rəqibə penalti qazandırdı
Zinəddin Zidan Fransa millisində
İspaniyanı finala aparan qələbə - Video
ÇL-də mərhələ adlayan ilk 10 komanda
Fransa - İspaniya oyununun ən yaxşısı açıqlandı
Coy Lens Mikels və Rəhman Daşdəmirovun qolları - Video
İspaniya finalda! - DÇ-2026-Yenilənib
"Sabah"ın rəqibi bəlli oldu
"Sabah" ÇL-də növbəti mərhələyə yüksəldi
"Liverpul" "İnter"in təklifini üçüncü dəfə rədd etdi
Dopinq testi müsbət çıxdı, cəzasız qaldılar
Fransa - İspaniya matçının heyətləri açıqlandı
"Real" "Şalke" ilə qarşılaşa bilər
TNS - "Sabah": Heyətlər
"Şamaxı" daha bir portuqaliyalı ilə anlaşdı
"Qəbələ" "Kəpəz"ə qalib gəldi
“Şəfa” 5 yoxlama oyunu keçirəcək
Yamalın atası jurnalistlərlə mübahisə etdi