Rafael Fiziyevdən möhtəşəm qələbə - UFC Fight Night turniri

Rafael Fiziyevdən möhtəşəm qələbə - UFC Fight Night turniri
XƏBƏR 27 İyun 2026 / 22:59 4191
-  A +

Bu gün Bakıda UFC Fight Night turniri keçirilib.

QOL.az xəbər verir, bu, Azərbaycan paytaxtında təşkil olunan ikinci UFC turniridir.

Budəfəki yarış Milli Gimnastika Arenasında təşkil olunub. Döyüşlər saat 17:00-da başlanıb. Əsas qarşılaşmalar saat 20:00-da start götürüb.

İlkin görüşlərdə təmsilçilərimiz Tahir Abdullayev braziliyalı Ceferson Nasimentoya, Fərman Həsənov isə ABŞ-dən olan Erik Nolana qalib gəlib.

Əsas görüşlərdə isə günün ilk qarşılaşmasında Almaniyadan Abus Maqomedov polşalı Mixal Olekseyçuka qalib gəlib. Rusiya təmsilçisi İkram Aliskerov braziliyalı Bruno Ferreyrayadan üstün olub. Qazaxıstan təmsilçisi Asu Almabayev ABŞ-dən Çarlz Consonu məğlub etməyi bacarıb.

Əsas görüşlərdə mübarizə aparan təmsilçimiz Nazim Sadıxov Braziliyadan olan rəqibi Mateus Kamiloya nakautla uduzub.

UFC Fight Night turnirinin əsas kartında diqqətçəkən döyüşlərdən biri Rusiyadan Şarabutdin Maqomedovla braziliyalı Mişel Pereyra arasında baş tutub. Qarşılaşmadan Rusiya təmsilçisi hakimlərin qərarı ilə qalib ayrılıb. 

Günün digər maraqla gözlənilən döyüşündə isə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı İqnasio Bahamondes Torreslə qarşılaşıb. O, rəqibini ikinci raundun başlanğıcında erkən nakauta göndərərək görüşdən qalib ayrılıb.

İlkin görüşlər

Tahir Abdullayev (Azərbaycan) – Cefferson Nasimento (Braziliya)

Bekzat Almakhan (Qazaxıstan) - Jan Matsumoto (Braziliya)

Daniil Donçenko (Ukrayna) - Teodor Berggen (İsveç)

Kaan Ofli (Avstraliya) - Xavyer Reyes (Kolumbiya)

Nursulton Ruziboev (Özbəkistan) - Andrey Pulyaev (Rusiya)

Abdul Rahman Yahyaev (Türkiyə) - Culius Uolker (ABŞ)

Fərman Həsənov (Azərbaycan) - Erik Nolan (ABŞ)

Əsas döyüşlər

Abus Maqomedov (Almaniya) - Mixal Olekseyçuk (Polşa)

İkram Aliskerov (Rusiya) - Bruno Ferreyra (Braziliya)

Asu Almabayev (Qazaxıstan) - Çarlz Conson (ABŞ)

Nazim Sadıxov (Azərbaycan) - Mateus Kamilo (Braziliya)

Şarabutdin Maqomedov (Rusiya) - Mişel Pereyra (Braziliya)

Rafael Fiziyev (Azərbaycan) - Manuel Torres (Meksika)


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner