Antirekord təkrarlandı

Antirekord təkrarlandı
DÇ-2026 26 İyun 2026 / 12:55 1491
-  A +

DÇ-2026-nın qrup mərhələsinin 3-cü turunda Niderland millisi Tunisə 3:1 hesabı ilə qalib gəlib.

QOL.az xəbər verir ki, görüşün 3-cü dəqiqəsində Tunis yığmasının yarımmüdafiəçisi Ellyes Şkiri topu öz qapısına göndərərək avtoqol müəllifi olub.

Bu, DÇ-2026-da vurulan 12-ci avtoqol kimi qeydə alınıb. Nəticədə DÇ-2026 2018-ci il dünya çempionatının rekordunu təkrarlayıb.

Maraqlıdır ki, DÇ-2018-də 12 avtoqol turnirin bütün 64 oyunu ərzində qeydə alınmışdı. DÇ-2026-da isə bu göstəriciyə artıq 54-cü matçda çatılıb.

Beləliklə, davam edən dünya çempionatında avtoqolların sayının yeni rekordla başa çatacağı gözlənilir.


Qarabağ FK
Son xəbərlər
17.08.26  16:20

"Qarabağ"da şok itki

17.08.26  13:58

"İmişli"də ayrılıq

topaz banner