İlk oyunda 2 qol, 3 “qırmızı” vərəqə - Tarixi mundial başladı

İlk oyunda 2 qol, 3 “qırmızı” vərəqə - Tarixi mundial başladı
DÇ-2026 12 İyun 2026 / 01:04 7210
-  A +

Futbol üzrə 23-cü dünya çempionatı start götürüb. Əvvəlcə turnirin rəsmi açıllş mərasimi olub

QOL.az-ın xəbərinə görə, açılış oyunu A qrupunda Meksika ilə CAR arasında olub. Oyun Mexikodakı 87 min 500 tamaşaçı tutumuna malik “Estadio Azteca” stadionunda keçirilib. Oyunda 3 qırmızı vərəqə və 2 qol olub. Yekunda Meksika qalib gəlib - 2:0.

Qeyd edək ki, ilk dəfə olaraq mundial 48 komandanın (əvvəllər 32) iştirakı ilə 3 fərqli ölkədə - ABŞ, Meksika və Kanadada təşkil olunur. Bu, futbol tarixinin ən böyük mundialı sayılır.

Dünya çempionatında 104 oyun olacaq və onlar 16 müxtəlif şəhərdə keçiriləcək. 48 komanda 12 qrupa bölünüb. Hər qrupda 4 komanda var. Qrupda 1-2-ci yerləri tutanlar, eləcə də ən yaxşı nəticə göstərən 8 qrup üçüncüsü 1/16 finala vəsiqə əldə edəcək.

A qrupu

23:00. Meksika - CAR - 2:0 

Qollar: Xulian Kinyones, 9, Raul Ximenez, 67

Qırmızı vərəqələr: Yaya Sizole, 49 (CAR), Zemba Zvane, 84 (CAR), Sezar Montest, 90+2 (Meksika)
Baş hakim: Vilton Sampayo (Braziliya)

12 iyun

06:00. Cənubi Koreya – Çexiya

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner