Bir ildən sonra istefaya göndərildi

Bir ildən sonra istefaya göndərildi
DÜNYA FUTBOLU 7 İyun 2026 / 22:00 732
-  A +

Niderlandın "Feyenoord" klubu baş məşqçisi Robin van Persi ilə yollarını ayırıb.

QOL.az xəbər verir ki, bu barədə "Voetbal International" nəşri məlumat yayıb.

Rotterdam təmsilçisi Niderland çempionatında ikinci yeri tutaraq Çempionlar Liqasının ümumi mərhələsinə birbaşa vəsiqə qazansa da, klub rəhbərliyi yenə də komandanın çalışdırıcısını dəyişmək qərarına gəlib.

Qeyd edək ki, Van Persi "Feyenoord"un əsas komandasına 2025-ci ilin fevral ayının sonlarında təyin olunub. Geridə qalan müddət ərzində komanda onun rəhbərliyi altında çıxış etdiyi 58 rəsmi matçda 30 qələbə qazanıb, 9 heç-heçə edib və 19 dəfə meydandan məğlub ayrılıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner