Robinyo Neymara "ilişdi"

Robinyo Neymara "ilişdi"
DÜNYA FUTBOLU 24 İyun 2011 / 18:40 4852
-  A +

Braziliya millisi və “Milan”ın hücumçusu Robinyo ölkə mətbuatına Neymarla bağlı maraqlı açıqlamalar verib. Qol.Az-ın məlumatına görə, Robinyo 19 yaşlı futbolçunun Pele ilə müqayisə olunmağını düzgün hesab etmədiyini bildirib:

“Pele futbolun kralıdır. “Santos”da Neymar kimi istənilən sayda istedadlı futbolçu yetişir. Ancaq onların Pele ilə müqayisə olunması düzgün deyil. Hamı başa düşməlidir ki, Pele əfsanədir. Onun tayı yoxdur və olmayacaq. Pele kimi ikinci bir futbolçu hələ dünyaya gəlməyib”.


Son xəbərlər