Azərbaycanın dörd güləşçisi final görüşünə çıxır

Azərbaycanın dörd güləşçisi final görüşünə çıxır
GÜLƏŞ 26 Aprel 2026 / 12:20 456
-  A +

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatı davam edir.

QOL.az xəbər verir ki, bu gün Azərbaycanın dörd sərbəst güləşçisi final görüşünə çıxacaq.

Turan Bayramov (74 kq) finalda Taymuraz Salmazanovla (Slovakiya), Arseniy Djioyev (86) İbrahim Kadiyevlə (UWW), Ali Tsokayev (92 kq) Ahmed Batayevlə (Bolqarıstan), Giorgi Meşvildişvili (125) Vladislav Baytsayevlə (Macarıstan) üz-üzə gələcək.

Nurəddin Novruz (61 kq) isə  üçüncü yer uğrunda qarşılaşmada Arsen Arutyunyanla (Ermənistan) qarşılaşacaq.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) Avropa çempionu olub. Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar. Yunan-Roma güləşi üzrə milli komanda hesabında birinci yeri tutub.

Qadın güləşçilərdən Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) bürünc mükafata sahib çıxıblar. Sərbəst güləşdə İslam Bazarqanov (57 kq) qızıl, Cəbrayıl Hacıyev (79 kq) bürünc medal əldə edib.

Daha çox


Son xəbərlər
25.04.26  17:14

"Ayaks"dan gedir

25.04.26  15:39

Mbappe zədələndi

topaz banner