"Sumqayıt"dan ikinci qol - Yenilənir

"Sumqayıt"dan ikinci qol - Yenilənir
PREMYER LİQA 25 Aprel 2026 / 17:49 5280
-  A +

Bu gün Misli Premyer Liqasında 29-cu tur start götürüb. 

QOL.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək. 

Turun açılış matçında “İmişli” Qubada “Sumqayıt”ı qəbul edir. Bu komandalar arasında ilk dövrədəki oyunda “İmişli” 1:0 hesablı qələbə qazansa da, reqlamenti pozduğu üçün qonaqlara texniki qələbə verilmişdi. İkinci dövrənin görüşündə də sevinən sumqayıtlılar olmuşdular - 1:0. Hazırda turnir cədvəlində “Sumqayıt” 35 xalla 7-ci, “İmişli” isə 29 xalla 9-cu pillədə qərarlaşıb. 

Günün digər matçında isə “Qəbələ” doğma divarlar arasında “Araz-Naxçıvan”ı sınağa çəkəcək. Hazırda Naxçıvan klubu 39 xalla 6-cı, “qırmızı-qaralar” isə 19 xalla 11-ci yeri tutur. Cari mövsüm bu komandaların qarşıdurmasında tərəflər hərəyə bir qələbə qazanıblar. Hər iki görüşdə 2:1 hesabı qeydə alınıb. 

25 aprel (şənbə)

16:00. “İmişli” - “Sumqayıt” - 0:2 (İkinci hissə)

Qollar: Aleksandr Ramalinqom, 34, 85

Quba OİK stadionu

18:30. “Qəbələ” - “Araz-Naxçıvan”

Qəbələ şəhər stadionu

26 aprel (bazar)

16:00. “Şamaxı” - “Kəpəz”

19:00. “Neftçi” - “Qarabağ”

27 aprel (bazar ertəsi)

18:00. “Turan Tovuz” - “Zirə”

20:00. “Sabah” - “Karvan-Yevlax”

Bombardirlər:

Coy Lens Mikels (“Sabah”) - 18 qol

Velko Şimiç (“Sabah”) - 11 qol

Bassalu Sambu ("Neftçi") - 10 qol

Emin Mahmudov ("Neftçi") - 9 qol

Karim Rossi ("Şamaxı") - 9 qol

Daha çox


Son xəbərlər
24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner