“Qəbələ” “Araz-Naxçıvan”a qarşı, "Sumqayıt"dan qələbə - Yenilənir

“Qəbələ” “Araz-Naxçıvan”a qarşı, "Sumqayıt"dan qələbə - Yenilənir
PREMYER LİQA 25 Aprel 2026 / 18:29 6809
-  A +

Bu gün Misli Premyer Liqasında 29-cu tur start götürüb. 

QOL.az xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 2 matçdan biri artıq yekunlaşıb.

Turun açılış matçında “İmişli” Qubada “Sumqayıt”ı qəbul edib. Qarşılaşma Saşa İliçin komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu komandalar arasında ilk dövrədəki oyunda “İmişli” 1:0 hesablı qələbə qazansa da, reqlamenti pozduğu üçün qonaqlara texniki qələbə verilmişdi. İkinci dövrənin görüşündə də sevinən sumqayıtlılar olmuşdular - 1:0.

Günün digər matçında isə “Qəbələ” doğma divarlar arasında “Araz-Naxçıvan”ı sınağa çəkir. Cari mövsüm bu komandaların qarşıdurmasında tərəflər hərəyə bir qələbə qazanıblar. Hər iki görüşdə 2:1 hesabı qeydə alınıb. 

25 aprel (şənbə)

18:30. “Qəbələ” - “Araz-Naxçıvan” - 0:0 (Birinci hissə)

Qəbələ şəhər stadionu

16:00. “İmişli” - “Sumqayıt” - 0:2

Qollar: Aleksandr Ramalinqom, 34, 85

Quba OİK stadionu

26 aprel (bazar)

16:00. “Şamaxı” - “Kəpəz”

19:00. “Neftçi” - “Qarabağ”

27 aprel (bazar ertəsi)

18:00. “Turan Tovuz” - “Zirə”

20:00. “Sabah” - “Karvan-Yevlax”

Bombardirlər:

Coy Lens Mikels (“Sabah”) - 18 qol

Velko Şimiç (“Sabah”) - 11 qol

Bassalu Sambu ("Neftçi") - 10 qol

Emin Mahmudov ("Neftçi") - 9 qol

Karim Rossi ("Şamaxı") - 9 qol

Daha çox


Son xəbərlər
24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner