“Qarabağ” hesabı açdı - Yenilənir

“Qarabağ” hesabı açdı - Yenilənir
ÖLKƏ FUTBOLU 22 Aprel 2026 / 21:23 4851
-  A +

Bu gün Azərbaycan kubokunda 1/2 finalın daha bir cavab matçı keçirilir.

QOL.az xəbər verir ki, bununla da ikinci finalçının adı məlum olacaq.

"Sabah" öz meydanında "Qarabağ"la qarşılaşır. Komandalar arasında keçirilən ilk oyun 2:2 hesabı ilə başa çatıb. Bu matçı kubokun erkən finalı da adlandırmaq olar.

Onu da qeyd edək ki, ötən mövsüm Azərbaycan kubokunun finalında da bu komandalar üz-üzə gəlib və "Sabah" 3:2 hesablı qələbə qazanaraq turnirin qalibi olub.

Finala yüksələn komanda həlledici oyunda "Zirə" ilə qarşılaşacaq.

22 aprel (çərşənbə)

Azərbaycan kuboku, 1/2 finalın cavab matçı

20:00.“Sabah” - “Qarabağ” - 0:1 (İkinci hissə)

Qol: Kamilo Duran, 59
“Bank Respublika Arena”

İlk oyun - 2:2

21 aprel (çərşənbə axşamı)

“Zirə” - “Turan Tovuz” - 0:0

İlk oyun - 2:0

Daha çox


Son xəbərlər
topaz banner