"Real"ın müdafiəçisi Raul Asensionun səhhəti ilə bağlı rəsmi açıqlama verilib.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bir müddət əvvəl ispaniyalı futbolçunun səhhətində yaranan problemlərə görə iki həftə ərzində 6 kiloqram çəki itirdiyi bildirilirdi. Madrid təmsilçisinin yaydığı bəyanatda gənc oyunçuya bakterial enterokolit diaqnozu qoyulduğu təsdiqlənib.
Beləliklə, məcburi istirahətə yollanan Raul Asensio "kral klubu"nun qarşıdan gələn matçında komandasına kömək edə bilməyəcək. Alvaro Arbeloanın rəhbərlik etdiyi komanda aprelin 21-də İspaniya La Liqası çərçivəsində öz meydanında "Alaves"i qəbul edəcək.
Qeyd edək ki, "Real" hazırda turnir cədvəlində lider "Barselona"dan 9 xal geri qalır.
Alleqri və Poçettino...
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video
"Zirə"nin futbolçusu mükafatlandırıldı
DÇ-2026-nın ən bahalı biletlərinin qiyməti açıqlandı
Andrey Demçenko: "Məsuliyyəti üzərimə götürürəm"
Kurban Berdıyevdən qələbə şərhi
"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov
"Zirə" - "Neftçi": Heyətlər
"Çelsi" Kaysedo ilə müqaviləni uzatdı
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı