"Tvente"də yeni baş məşqçi

"Tvente"də yeni baş məşqçi
DÜNYA FUTBOLU 21 İyun 2011 / 01:26 3036
-  A +

Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovun klubu Hollandiya "Tvente"sinə yeni baş məşqçi təyin olunub. Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu, Ko Adriansedir. 

63 yaşlı mütəxəssis bu yaxınlarda Səudiyyə Ərəbistanının "Əl-Şabab" klubuna yollanmış Mişel Pryudommu əvəzləyib. Adrianse ilə rəsmi müqavilə gələn həftə imzalanacaq və bununla da yeni baş məşqçi işinin icrasına başlayacaq. Onun köməkçiləri Alfred Şröder, Budeveyn Pahplats və Yuri Malder olacaq. 

"Tvente"nin prezidenti Yoop Munsterman bildirib ki, Ko Adrianse yeganə namizədləri olub. O, Adriansenin peşəkar keyfiyyətlərini yüksək dəyərləndirib. 

Xatırladaq ki, Ko Adrianse əvvəllər "Ayaks", Avstriyanın "Zalsburq", Ukraynanın "Metallurq", Portuqaliyanın "Portu" kimi komandalarında baş məşqçi kimi çalışıb.    

Son xəbərlər