"Futbolçularıma və azarkeşlərimizə təşəkkür edirəm. Qalib gələ bilməsək də, son saniyələrə kimi yaxşı mübarizə apardıq. Futbolçular qol vurmaq üçün çox güc sərf etdilər. Belə hallar olur. Edəcək bir şey yoxdur. Qarşıdakı oyunlara hazırlaşmalıyıq. Ayxan Abbasova və komandasına uğurlar arzulayıram".
QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 27-ci turunda səfərdə "Şamaxı" ilə baş tutan matçdan (0:0) sonra bildirib. Ağdam təmsilçisinin baş məşqçisi komandadakı mövcud durum və gələcək planlar barədə jurnalistlərin suallarını cavablandırıb:
- Bugünkü xal itkisi çempionluq mübarizəsinə nə dərəcədə təsir edəcək?
- Çoxdan təsiri olub. Bu matçdan əvvəl bir oyunumuz az olsa da, 10 xallıq fərq var idi. Bu, az deyil. "Sabah" çox yaxşı futbol nümayiş etdirir. Qarşıdakı oyunlarda daha yaxşı çıxış etməliyik. Futbolçuların idman formasını, peşəkarlığını daha da yaxşılaşdırmağa çalışacağıq.
- Dediklərinizdən belə başa düşmək olar ki, artıq mövcud vəziyyətlə barışmısınız. Amma mövsümü titulla başa vurmaq üçün ölkə kuboku var. Bundan sonra diqqəti kuboka yönəldəcəksiniz?
- Yox. Çempionatda da qarşıda maraqlı oyunlarımız var. "Sabah" və "Neftçi" ilə matçlarımız olacaq. Sona kimi mübarizə aparacağıq. Titula gəlincə, belə illər olur, sanki alınmır. Sona qədər azarkeşlərimiz üçün yaxşı futbol göstərmək istəyirik. Mübarizəmiz sona kimi olacaq.
- Bir neçə gün öncə sizin iştirakınızla klub rəhbərliyinin iclası keçirildi. Həmin toplantıda gələcəklə bağlı nələr müzakirə olundu?
- Komanda elə bir şeydir ki, bizim düşüncələrimizi dərhal həyata keçirmək olmur. Hansısa dəyişikliklər etmək istəyərdik. Komandaya yeni futbolçular cəlb etmək istəyirik. Soyuqqanlı davranmalıyıq. Heyəti gücləndirməyə ehtiyacımız var.
- Abdullah Zubirin Qətər klubuna keçəcəyi ilə bağlı xəbərlər yayılıb. Bu, nə dərəcədə realdır?
- Məndə belə məlumat yoxdur.
- Futbolçulara gələn təkliflərin komandanın oyununa təsiri olub?
- Təsiri olub. Artıq gecdir. Bütün futbolçular uğurlu mövsüm keçirdilər. Çempionlar Liqasındakı nəticələrdən sonra 70-80 faiz futbolçuya təkliflər oldu. İstər-istəməz onlar üçün özlərini ələ almaq çətin olur. Olan oldu. Başa düşürük ki, təkliflərin olması futbolun qanunudur. Bizim kimi yeni formalaşan komanda üçün belə halların mənfi təsiri var. Amma hər bir halda futbolçuları toparlamağa çalışdıq.
- Legionerlərə təkliflər gəlir, amma yerli futbolçuların adı xarici klublarla hallanmır. Bunun səbəbi nədir?
- Yerli futbolçulara da təkliflər var idi.(sportal.az)
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər
“Barselona” Qordonun transferini rəsmən açıqladı
Sterlinq narkotikə görə saxlanıldı
Çempionlar Liqasının finalı bu kanallarda
Otamendinin yeni klubu bəlli oldu
Yenidən A seriyasına yüksəldilər
“Nitsa” Liqa 1-də yerini qorudu
Kubokun finalında 2 qol, 2 qırmızı vərəqə
Messi 1-ci, Ronaldo 4-cü - Tarixin ən yaxşıları
Səudiyyə Ərəbistanından Salaha səxavətli təklif
"Şamaxı"da növbəti ayrılıq
Azərbaycan millisi İtaliyanı belə məğlub etdi - Video
"Rayo Valyekano"da baş məşqçi ayrılığı
PSJ ÇL-i qazansa, oyunçularına 1 milyon avro mükafat verəcək