“Bu matçın xeyrini gələcəkdə görəcəyik”

“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
ÖLKƏ FUTBOLU 9 Aprel 2026 / 20:45 394
-  A +

Azərbaycan milli komandasının baş məşqçisi Yevgeni Kukseviç Gürcüstan yığmasına qarşı keçirilən yoldaşlıq oyunundan (4:2) sonra Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə müsahibə verib.

QOL.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının çıxışını, buraxılan səhvləri və gənc oyunçuların performansını dəyərləndirib:

“Yaxşı rəqibə qarşı oynadıq. Gürcüstan millisi bir neçə ay əvvəl Avropa çempionatının final mərhələsində çıxış edib. Güclü rəqibə qarşı gözlədiyimizdən də yaxşı mübarizə apardıq".

Y. Kukseviç oyunun gedişatındakı qırılma nöqtələrinə toxunub:

"Oyuna yaxşı başladıq. Əvvəldən yaratdığımız 2 real imkanı qola çevirə bilsəydik, hadisələr fərqli şəkildə davam edəcəkdi, əhval-ruhiyyə yaxşı olacaqdı. Əvəzində fərdi səhvlərdən 2 qol buraxdıq. Buna baxmayaraq oyundan qopmadıq. Yenə şanslarımız oldu. Həmin imkanlardan istifadə edə bilsəydik, hesab xeyrimizə olacaqdı. Təəssüf ki, realizə baxımından “axsadıq”. Ümumi götürsək, bu görüş bizə çox lazım idi. Bunun xeyrini gələcəkdə görəcəyik.

Bir məqamı da qeyd edim ki, bu gün bir neçə gənc futzalçıya meydana çıxmaq şansı yaratdıq. Vaxt etibari ilə bəlkə də meydanda az oldular, ancaq millinin oyun həyəcanını yaşadılar, atmosferi hiss etdilər”.  

Daha çox


Son xəbərlər
topaz banner