FİFA 2026-cı il dünya çempionatında idarəçilik edəcək hakimlərin rəsmi siyahısını dərc edib.
QOL.az xəbər verir ki, "FİFA Team One" adlanan heyətə 52 baş hakim, 88 köməkçi və altısı qadın olmaqla 30 video hakim daxildir. Bu, turnir tarixində ən geniş hakim heyəti hesab olunur və 6 konfederasiya, 50 üzv assosiasiyanı təmsil edir.
Hakimlər heyəti mayın 31-dən etibarən Mayamidə 10 günlük hazırlıq seminarına başlayacaq, video hakimlər Dallasda, baş və köməkçi hakimlər isə Mayamidə qalacaqlar. Turnirdə həmçinin İFAB tərəfindən təsdiqlənmiş yeni qaydalar və VAR protokolundakı üç düzəliş tətbiq olunacaq.
Qeyd edək ki, tarixdə ilk dəfə olaraq azarkeşlər hakimlərin üzərində quraşdırılmış kameralar vasitəsilə epizodların təkrarını onların baxış bucağından izləyə biləcəklər.
Xatırladaq ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-dək keçiriləcək və 48 komanda mübarizə aparacaq.
"Yuventus"da itki
2-ci liqada 2 oyun
Toral oynadı, komandası qalib gəldi
“Real”la münaqişəyə görə vəzifəsindən gedə bilər
Ronaldo millidəki davranışına görə cəzalandırıldı
UEFA FİFA-dan hesabat tələb etdi
Flik Arda Gülerin epizodunu şərh etməkdən yayındı
“Məni komandamın performansı maraqlandırır” - Dambrauskas
“Çempionlar Liqasında hər şey fərqlidir” - Zedadka
"Sabah"ın bütün futbolçularını araşdırmışam"
"Borussiya"nın "Sabah" hazırlığından - Şəkillər
“Liverpul”un 2 futbolçusu sıradan çıxdı
1-ci liqada həftənin hakimləri məlum oldu
Mbappe Avropanın ən yaxşı futbolçusu seçildi
Şirvanda qalib müəyyənləşmədi
Azərbaycan atleti Avropa birinciliyində 3 medal qazandı
Azərbaycan millisi UEFA İnkişaf Turnirinə bu heyətlə gedir
PSJ ilə oyunu buraxacaqlar
"Sabah" - "Barselona" oyununun biletləri satışda
“Dinamo” baş məşqçini istefaya göndərdi
“Qarabağ” və ASA birgə tədbir keçirdi - Şəkillər
Ən çox qazanan futbolçular - Siyahı
Asif Məmmədovdan 18 ilin rekordu