"Liverpul"da Slotla bağlı təcili iclas

"Liverpul"da Slotla bağlı təcili iclas
DÜNYA FUTBOLU 6 Aprel 2026 / 13:44 524
-  A +

İngiltərə kubokunun 1/4 finalında "Mançester Siti"yə ağır məğlubiyyətdən (0:4) sonra "Liverpul"da baş məşqçi Arne Slotun gələcəyini müzakirə etmək üçün təcili iclas keçirilib.

QOL.az "Sky Sports"a istinadən xəbər verir ki, qərara alınıb ki, komanda Çempionlar Liqasına vəsiqə qazanmalıdır, əks halda Slot işini itirəcək. "Mançester Siti" ilə görüş "Liverpul"un 2015-ci ildən bəri ən ağır məğlubiyyətidir və bu, niderlandlı mütəxəssis üçün ciddi təzyiq yaradıb.

Arne Slot 2024-cü ildən "Liverpul"u çalışdırır.  Onun komandası 2024/25 mövsümündə İngiltərə Premyer Liqasının qalibi olub.

Qeyd edək ki, Mersisayd klubu hazırda 49 xalla turnir cədvəlində beşinci yerdədir. Bundan əlavə, "qırmızılar" Çempionlar Liqasının 1/4 finalında oynayacaq.


Son xəbərlər
topaz banner