İtaliya millisinin nümayəndə heyətinin rəhbəri Canluici Buffon Bosniya və Herseqovina ilə oyundan sonra istefa verdiyini açıqlayıb.
QOL.az xəbər verir ki, əfsanəvi qapıçı yığmanın ardıcıl üçüncü dəfə dünya çempionatından kənarda qalmasını böyük məyusluqla qarşıladığını bildirib. O, federasiya prezidenti Qabriel Qravinanın gedişindən sonra özünü məsuliyyətli hiss edərək bu addımı atdığını qeyd edib.
2023-cü ilin yayından millidə çalışan Buffon əsas məqsədlərinin İtaliyanı yenidən dünya çempionatına qaytarmaq olduğunu, lakin buna nail ola bilmədiklərini etiraf edib:
“İstefam səmimi və çətin qərardır. İtaliyanı layiq olduğu yerə qaytara bilmədik. Yeni rəhbərliyə seçim etmək imkanı vermək istəyirəm”.
Qeyd edək ki, o, fəaliyyəti dövründə gənc istedadların inkişafı və aşağı yaş qrupları ilə əsas komanda arasında əlaqələrin gücləndirilməsi istiqamətində layihələr üzərində işlədiyini vurğulayıb.
Xatırladaq ki, İtaliya millisi DÇ-2026-nın pley-off finalında Bosniya və Herseqovinaya penaltilər seriyasında uduzaraq (1:4) turnirlə vidalaşıb.
Buffon da istefa verdi
Qattuzo qovulacaq
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır
Ançelotti 3 futbolçu arasında qaldı
Keyn sıradan çıxdı
İntizamsızlığı ona baha başa gəldi
Millinin qapıları Danillonun üzünə bağlandı
Yapon azarkeşlər “Uembli”ni də təmizlədi - Video
Yamal dilə gəldi: "Bu, cahillikdir"
"Tottenhem"in baş məşqçisinin ilk transfer hədəfi bəlli oldu
"Çelsi"dən antirekord
Mövsüm ərzində 4-cü dəfə zədələndi
Azərbaycanı 43 boksçu təmsil edəcək
1-ci liqada həftənin hakimləri məlum oldu
Azərbaycanlı qadın hakimlərə UEFA-dan növbəti təyinat
Azərbaycan millisi FİFA reytinqində irəlilədi
AFFA təcavüzkar davranan anqolalını cəzalandırdı