Messi DÇ-2026-da oynayacaqmı? - Skalonidən açıqlama

Messi DÇ-2026-da oynayacaqmı? - Skalonidən açıqlama
XƏBƏR 28 Mart 2026 / 09:25 630
-  A +

Argentina millisinin baş məşqçisi Lionel Skaloni futbolçusu Lionel Messinin DÇ-2026-da iştirak etmək perspektivləri barədə danışıb.

QOL.az-ın “Le Parisien”ə istinadən məlumatına görə, mütəxəssis son qərarı 38 yaşlı hücumçunun verəcəyini deyib:

"Bu, daha çox onun üçün bir sualdır. Mənim mövqeyimi bilirsiniz. Messinin DÇ-2026-da iştirak edə bilməsi üçün əlimdən gələni edəcəyəm. Amma qərar onun əhval-ruhiyyəsindən və fiziki hazırlığından asılıdır. 

Onu mundialda görmək istəyən təkcə argentinalılar deyil, bütün futbolsevərlərdir. Amma Messi sakitcə qərar vermək hüququ qazanıb. Biz tələsmirik. Nə qərar verirsə versin, bu, həm komanda, həm də onun üçün ən yaxşısı olacaq. Ümid edirik ki, Messi "hə" deyəcək”.

Qeyd edək ki, DÇ-2026 11 iyun - 19 iyul tarixlərində 3 ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək. Argentina turnirin son  çempionudur. 2022-ci il dünya çempionatının finalında Argentina millisi Fransanı penaltilər seriyasında üstələyib.


Son xəbərlər
27.03.26  19:35

Ferland Mendi qayıtdı

26.03.26  17:39

Arteta, Hau, Moyes…

topaz banner