Azərbaycanın U-17 millisi seçmə mərhələ oyununa çıxır

Azərbaycanın U-17 millisi seçmə mərhələ oyununa çıxır
ÖLKƏ FUTBOLU 24 Mart 2026 / 11:04 308
-  A +

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundu çərçivəsində bu gün ilk oyununa çıxacaq.

QOL.az xəbər verir ki, B liqasının 2-ci qrupunda yer alan Aqil Nəbiyevin komandası Bolqarıstanla qarşılaşacaq.

 Plovdiv şəhərindəki “Xristo Botev” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlanacaq. Qarşılaşmanı Sloveniya və Şimali Makedoniyadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, U-17 qrupdakı digər oyunlarını martın 27-də Litva, martın 30-da isə Malta seçmələrinə qarşı keçirəcək.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Qol.az (@qolaz)

Daha çox


Son xəbərlər
topaz banner