"Qalatasaray" UEFA-dan təzminat tələb edəcək - Video

"Qalatasaray" UEFA-dan təzminat tələb edəcək - Video
ÇEMPİONLAR LİQASI 19 Mart 2026 / 13:06 1713
-  A +

"Qalatasaray"ın futbolçusu Noa Lanq UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində "Liverpul"la keçirilən cavab oyununda ciddi zədə alıb.

QOL.az xəbər verir ki, matçın gedişatında 26 yaşlı niderlandlı futbolçunun əli meydançanın kənarında quraşdırılan reklam tablolsuna dəyib və barmağı dərin kəsilib və o, əvəzlənməli olub. Klubun açıqlamasına görə, oyunçu əməliyyat ediləcək.

Hadisədən sonra “Qalatasaray” UEFA-ya rəsmi şikayət edib. Klubun baş katibi Eray Yazqan bildirib ki, məsələ ilə bağlı quruma müraciət olunub və təzminat tələbi irəli sürüləcək.

“Matçdan sonra UEFA nümayəndələrinə şikayət etdik. Onlar da araşdırma apardılar. Məsələni UEFA qiymətləndirəcək. Hüquqşünaslarla işləyirik və təzminat tələb edəcəyik”, – deyə Yazqan vurğulayıb.

(Foto: Getty)

Daha çox


Son xəbərlər
topaz banner