"Oyun heç-heçə də bitə bilərdi" - Andrey Demçenko

"Oyun heç-heçə də bitə bilərdi" - Andrey Demçenko
ÖLKƏ FUTBOLU 18 Mart 2026 / 17:41 692
-  A +

"Araz-Naxçıvan" Misli Premyer Liqasının 25-ci turu çərçivəsində "Şamaxı"ya 1:0 hesabı ilə qalib gəlib.

QOL.az xəbər verir ki, Naxçıvan təmsilçisinin baş məşqçisi Andrey Demçenko matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb:

"Milli komandaların oyunları ilə bağlı yaranacaq fasilədən öncəki son iki matçda qarşımıza 6 xal toplamaq tapşırığı qoyulmuşdu. Bu məqsədə nail olduğumuz üçün komandamı təbrik edirəm.

Oyuna gəldikdə isə, birinci hissədə kifayət qədər inamlı təsir bağışladıq və matçı nəzarətdə saxladıq. Bu, komandada potensialın olduğunu göstərir. Lakin ikinci hissənin sonları bizim üçün o qədər də uğurlu keçmədi. Rəqib uzun toplarla oynamağa başladı və bizdə problemlər üzə çıxdı. Bunu ona görə deyirəm ki, oyun heç-heçə ilə də yekunlaşa bilərdi. Rəqibin əlverişli qol fürsətləri oldu. Şükürlər olsun ki, müdafiədə etibarlı oynayaraq hesabı qoruya bildik. Bəzən bu cür oyunlar oynamaq və nəticə qazanmaq üçün döyüşmək lazımdır.".

Ukraynalı mütəxəssis qarşıdakı planlar barədə də məlumat verib:

"Milli fasilədən sonra bizi çox çətin sınaqlar - "Sabah" və "Neftçi" ilə oyunlar gözləyir. Fasilə dövründə futbolçuların bərpası ilə məşğul olub, bu vacib qarşılaşmalara hazırlaşacağıq. Hazırlıq planımıza bir yoldaşlıq görüşü keçirmək də daxildir".


Son xəbərlər
topaz banner