"Yuventus" sanksiyalara görə onunla yolları ayıra bilər

"Yuventus" sanksiyalara görə onunla yolları ayıra bilər
DÜNYA FUTBOLU 11 Mart 2026 / 19:18 357
-  A +

"Yuventus" UEFA-nın maliyyə sanksiyalarından yayınmaq üçün iyunun sonuna qədər bəzi futbolçuları ilə yollarını ayıra bilər.

QOL.az xəbər verir ki, "Tuttosport" nəşrinin yaydığı məlumata görə, Turin təmsilçisi maliyyə ilinin sonuna qədər 25 milyon avro gəlir əldə etməyi hədəfləyir. Hazırda klubun maliyyə idarəçiliyi həm yerli, həm də beynəlxalq qurumların ciddi nəzarəti altındadır.

Məlumata görə, "qoca sinyora" bu məbləği əldə etmək üçün müdafiəçi Federiko Qatti ilə yollarını ayırmağa hazırlaşır. Xatırladaq ki, yanvar ayında "Nottingem Forest" italyan futbolçu ilə yaxından maraqlanırdı.

Qeyd edək ki, Qatti cari mövsümdə çıxdığı 22 matçda 4 qol vurmağı bacarıb.


Son xəbərlər
topaz banner