Flik: "Kamp Nou"da fərqli oynayacağıq"

Flik: "Kamp Nou"da fərqli oynayacağıq"
XƏBƏR 11 Mart 2026 / 15:49 310
-  A +

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində "Nyukasl Yunayted"lə heç-heçə etdikləri matç (1:1) barədə fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, mütəxəssis məğlubiyyətdən son anda qurtulmaqları barədə deyib:

"Son nəticədən məmnun oldum. Məğlubiyyətdən qurtulduq. Topla yaxşı oynaya bilmədik. Topsuz daha yaxşı davrandıq, komanda olaraq müdafiə olunduq. Bu məni məmnun etdi. Təzyiq və atmosfer nəzərə alınmaqla, bu stadionda oynamaq asan deyil.

Daha yaxşı oynamalıyıq. Bu matçın müsbət tərəfi son nəticədir. Əminəm ki, "Barselona" "Kamp Nou"da fərqli oynayacaq".

Qeyd edək ki, "Barselona" və "Nyukasl" arasında cavab oyunu 18 martda keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Daha çox


Son xəbərlər
topaz banner