Standart vəziyyətdən vurulan hər qola görə məşqçiyə bonus ödənilir

Standart vəziyyətdən vurulan hər qola görə məşqçiyə bonus ödənilir
DÜNYA FUTBOLU 2 Mart 2026 / 18:19 813
-  A +

"Arsenal"ın standart vəziyyətlər üzrə məşqçisi Nikola Jovenin klubla yeni müqaviləsində maraqlı bənd yer alıb.

QOL.az xəbər verir ki, "The Athletic" nəşrinin məlumatına görə, Mikel Artetanın köməkçisi komandanın standart vəziyyətlərdən vurduğu hər qola görə xüsusi bonus qazanır. "Arsenal"ın "Çelsi" üzərində qazandığı son qələbədə (2:1) hər iki qolun künc zərbəsindən sonra vurulması bu mövzunu yenidən gündəmə gətirib.

Jovenin bu yaxınlarda yenilənən müqaviləsinə əsasən, cərimə və künc zərbələrindən sonra vurulan hər qola görə ona pul mükafatı nəzərdə tutulub. "Topçular"ın rəhbərliyi bu effektivliyi nəzərə alaraq məşqçiyə sözügedən bonusların verilməsinə maraq göstərir.

Qeyd edək ki, "Arsenal" bu mövsüm Premyer Liqada künc zərbələrindən artıq 16 qol vurub. Onlardan 9-u matçın taleyini həll edən qələbə qolu olub ki, bu da çempionatın ən yaxşı göstəricisidir.


Son xəbərlər
topaz banner