"Rəqiblərimiz güclənir, biz isə sadəcə oyunçuları əvəzləyirdik"

"Rəqiblərimiz güclənir, biz isə sadəcə oyunçuları əvəzləyirdik"
XƏBƏR 26 Fevral 2026 / 19:40 851
-  A +

"Liverpul"un baş məşqçisi Arne Slot klubun yay transfer pəncərəsindəki böyük xərcləri barədə danışıb.

QOL.az xəbər verir ki, "The Touchline" nəşrinin yaydığı məlumata görə, niderlandlı mütəxəssis xərclənən məbləğin komandaya tam təsir etmədiyini bildirib:

"Xərclədiyimiz 450 milyon avronun mən yalnız 250 milyonundan istifadə edə bildim. İsak heç vaxt tam formada olmayıb. Leoni mövsümün sonuna qədər sıradan çıxıb. Frimponq cəmi 5-6 oyunda təsir göstərə bilib. Biz 35 milyona demək olar ki, oynamayan ikinci qapıçı aldıq. Beləliklə, biz 450 milyonun heç 250 milyonunu belə tam istifadə etməmişik. Eyni zamanda rəqiblərimiz 200, 300, 400 milyon xərcləyirdilər. Onlar heyəti gücləndirirdilər, biz isə sadəcə digər oyunçuları əvəzləyirdik".

Qeyd edək ki, fevralın 28-də "Liverpul" Premyer Liqa çərçivəsində öz meydanında "Vest Hem"i qəbul edəcək.

Daha çox


Son xəbərlər
topaz banner