"Dominant komanda biz idik" - Eddi Hau

"Dominant komanda biz idik" - Eddi Hau
ÖLKƏ FUTBOLU 19 Fevral 2026 / 00:22 1150
-  A +

"Qarşıda “Mançester Siti” ilə oyunumuz var. Birinci bunu düşünürük. Cavab matçı  barədə danışmaq tezdir".

QOL.az xəbər verir ki, bu sözləri "Nyukasl"ın baş məşqçisi Eddi Hau UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ"a 6:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, Elvin Cəfərquliyevin qapılarına vurduğu yeganə qolu belə şərh edib: "Qapıçımız məyus oldu. Dominant komanda idik, amma müəyyən boşluqlar verdik. Bizim penalti ilə bağlı onu deyə bilərəm ki, yenidən baxanda daha yaxşı təhlil etmək olar. Entoni Qordon istəyirdi ki, ikinci qolu vursun. Bütün oyunçular komandaya kömək etmək istəyirdi. İnanılmaz pressinq etdik və yaxşı əks-hücum imkanlarımız oldu".

E.Hau növbəti mərhələ şanslarından da danışıb: "Yaxşı şansımız var. “Qarabağ” burda “Çelsi”yə qarşı yaxşı oyun sərgiləmişdi. Cavab görüşündə də qələbə qazanmağa çalışacağıq".

İngiltərəli mütəxəssis "Qarabağ"ın ikinci hissədə onlara nisbətən çətinlik yaratdığını bildirib: “Qarabağ” bir az çox topla oynadı və tempimiz aşağı düşdü. İkinci hissədə biz topla az oynadıq".

Baş məşqçi "Püşkdə “Qarabağ”la düşəndə bəxtinizin gətirdiyini düşündünüzmü" sualını da cavablandırıb: "Belə düşünmədim. Mütəmadi deyirəm, “Qarabağ”ın oyunlarına çox baxmışam. Onların yaxşı keyfiyyəti var. Bura gələndə bilirdik ki, çətin olacaq. “Qarabağ” heç də zəif deyil".

Daha çox


Son xəbərlər
18.02.26  22:12

"Qarabağ"da itki

18.02.26  19:27

Messi geri döndü

Topaz Desktop Banner
?>