"Çox böyük təcrübə əldə ediləsi oyundur. Azərbaycan futbolu tarixində ilkdir. Çempionlar Liqasının pley-off mərhələsində oynayacağıq. Ələlxüsus da bu cür rəqibə qarşı".
QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində sabah "Nyukasl"a qarşı keçirəcəkləri matçdan öncə təşkil olunan mətbuat konfransında deyib.
O, futbolçularının yaxşı oyun nümayiş etdirəcəklərinə inandığını söyləyib: "Nyukasl" çox tanınmış, köklü klubdur, dünyanın bir nömrəli liqasında mübarizə aparırlar. Matça hazırlaşmaq üçün vaxtımız az oldu. Futbolçuların hazırlığına baxıram, oyun haqda fikirlərinə də önəm verirəm. Çox məsuliyyətli davranırlar, çox həyəcanlıdırlar. Bu da mənə inam verdi ki, futbolçular oyunu səbirsizliklə gözləyirlər. Sabah ən yaxşı oyunlarından birini oynamağa çalışacaqlar. "Nyukasl"ın bizə uyğun olmayan oyun stili var. Premyer Liqada bütün komandalar onlara qarşı oynamaq istəmirlər. Çünki rəqibə oynamaq imkanı vermirlər. Çalışacağıq ki, doğma meydanımızda yaxşı mübarizə aparaq, ağıllı oynayaq. Cəsarətli oynamağa çalışacağıq. Bəzi komponentlərdə rəqib bizi üstələyir. "Nyukasl" həm fiziki gücə malik, həm də sürətli oynayan komandadır. İnanıram ki, futbolçularım özlərini ən yaxşı tərəfdən göstərməyə çalışacaqlar".
Mütəxəssis sabahkı görüş üçün komandasından həm hücum futbolu oynamağı, həm də müdafiədə diqqətli olmağı tələb etdiyini bildirib: "Biz hücumda olsaq da, həmişə çalışmışıq ki, müdafiədə ehtiyatlı olaq. Amma burada bəzi amillər var. Rəqibin ustalığı, üstünlüyü... Ona görə də bəzən bəlkə buraxdığımız qolların sayı çox olub. Əgər nəyisə əldə etmək istəyiriksə, daha çox yaradıcı olmalı, rəqib qapısında bir çox variantlar axtarmağa çalışmalıyıq. Futbolçulardan tələbim odur ki, hücumda ola-ola doğru müdafiə olunsunlar. Reallıq var, rəqib də bunu düşünür. Onların keyfiyyəti bizim düşüncəmizi geridə qoyur. Mütləq şəkildə iki oyunu da düşünməliyik. Çox istəyərdim sabah azarkeşlərimiz oyundan həzz alsınlar. Uduzsaq da, yaxşı, dinamik və açıq futbol görsünlər. Cavab oyununa vaxtımız olacaq, bunu düşünərik".
Q.Qurbanov "Azərbaycan çempionatının son oyununda demişdiz ki, futbolçuların bərpası üçün 3-4 gün lazım olacaq. Komanda sabaha hazırdır" sualına belə cavab verib: "Maksimum çalışacağıq ki, hazır edək. Bir neçə gün əvvəlki fikirlərə geri dönməyə ehtiyac yoxdur. İndi sırf bu oyuna köklənməliyik. Futbolçularımızla da danışdıq ki, tez bir zamanda bərpa olmalıyıq. Kənardan onlara baxırdım, analiz edirdim. Pis hazırlaşmırlar. Demək olar ki, qarşılaşmaya hazırdırlar. Oyunun gedişatında, hansısa hissədə yorğunluq hiss oluna bilər. İnanıram ki, özlərində güc tapıb, sonradan da mübarizə aparacaqlar".
O, görüşdə Coni Montielə, yoxsa Kadi Borgesə şans verəcəyi barədə də danışıb: "Kadinin geri dönməsi bizim üçün xoşdur. Əlimizdə də əlavə variantdır. İstədiyimiz anda istədiyimiz dəyişiklikləri edə bilərik. Sabah səhər məşqimiz olacaq. Tam biləcəyik".
Baş məşqçi ABŞ-ın "Kolombus Kryu" klubuna keçən Nəriman Axundzadənin əvəzinə heyətə əlavə futbolçu daxil etməyəcəklərini deyib: "Xeyr, bu oyunda olmayacaq. Əfsuslar olsun ki, onun əvəzinə heç kimi əlavə edə bilmərik. Yalnız akademiyadan hansısa gənc oyunçunu əlavə edə bilərik. Ona görə də Nərimanın əvəzinə başqa oyunçu olmayacaq".
Q.Qurbanov bildirib ki, böyük turnirdə böyük komandaların sırasında olmaq onlara əlavə güc, motivasiya və inam verir: "İnanıram ki, gələcək işimizdə builki performansımızın böyük köməyi olacaq. Komandaların ümumi durumuna baxsaq, favorit "Nyukasl"dır. Amma minimum Bakıda qalib gəlmək istəyirik. Bunun üçün də hazırlaşırıq. Futbolda bəzən çox maraqlı nəticələr olur. Biz də istəyərdik ki, o maraqlı nəticələrin sırasına daxil olaq. Sabah meydana çəkinmədən çıxacağıq. Qarşımızda çox intizamlı kollektiv olacaq. Çox istəkliyəm. Futbolçularım da istəklidir, qalib gəlmək istəyirlər. Ümumi nəticə necə olacaq, onu deyə bilmərəm".
Q.Qurbanov bir neçə gün əvvəl ayağında ağrılar olan qapçı Mateuş Koxalskinin sabah meydana çıxmaq şansının çox olduğunu deyib: "Böyük ehtimalla hazır olacaq. Sabah yenə əlavə həkim müayinəsindən keçəcək. 100 faizli riskli bir bir şey olmasa, meydana çıxacaq".
Mourinyo "Real"a qayıdır?
"Yuventus"un hücumçusu "Qalatasaray"la matçı buraxacaq
"VAR-a arxayın olub, qərar verə bilmirlər"
Premyer Liqanın ən yaxşı qapıçısı bilindi
Xəyal Əliyevin "Sabah"a qələbə qazandıran qolu - Video
"Ayaks"ın futbolçusu mövsümü başa vurdu
“Vurduğumuz qol qaydalar çərçivəsində idi” - George Çixradze
"Qarabağ"ı başa düşmək olar" - Valdas Dambrauskas
"Tottenhem"in məşqçisinin klubdakı fəaliyyəti 33 gün çəkdi
PSJ ÇL matçına itkilərlə çıxacaq
Arbeloanın "Real"dakı taleyi ÇL-dən asılıdır?
Baş məşqçi bu hərəkətinə görə tənqid olundu - Video
Mehriban Əliyeva yenidən AGF prezidenti seçildi - Şəkillər
Şamaxıdakı bərabərlik - Video