"Qəbələ" Misli Premyer Liqasının 20-ci turu çərçivəsində "Sabah"a 0:1 hesabı ilə məğlub olub.
QOL.az xəbər verir ki, "qırmızı-qaralar"ın məşqçisi George Çixradze matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Mütəxəssis komandasının ikinci hissədəki oyunundan razı qalsa da, buraxılan qolu və ləğv edilən qol epizodunu xüsusi vurğulayıb. O, həmçinin heyət seçimi və Rüfət Əhmədovun komandadakı gələcəyi barədə sualları cavablandırıb:
"Sabah"la fərqli məqsədlər uğrunda mübarizə aparırıq. Onlar çempionluğa, biz liqada qalmağa oynayırıq. İkinci hissədə daha yaxşı oynadıq, amma adi vəziyyətdən qol buraxdıq. Qol buraxılmamalı epizod idi. Oyunun sonlarında vurduğumuz qol isə ləğv olundu. Fikrimcə, qol təmiz idi, qaydalar çərçivəsində vurulmuşdu".
Məşqçi cinah müdafiəçiləri ilə bağlı resurslardan maksimum istifadə etməyə çalışdıqlarını bildirib:
"Turan Manafov yeni gəlib, tam formada deyil. Sağ cinahda Nicat və Eşqin var, arada Nuğayı da o mövqedə oynadırıq. Mövcud resurslarımızdan maksimum yararlanmağa çalışırıq".
Rüfət Əhmədovun vəziyyətinə gəlincə, məşqçi futbolçunun komandada qalma səbəbinə aydınlıq gətirib:
"Onu transfer edəndə cinahda bizə kömək edəcəyini düşünürdük, amma alınmadı. Əvəzedici heyətlə məşq edirdi. Təklifi varsa, gedə bilər. Sadəcə situasiya elə gətirdi ki, komandada qaldı".
"Napoli"dən gedir
UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu
2-ci liqada 26-cı tura yekun vuruldu
"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov
"Zirə" final matçına itki ilə çıxacaq
Serxio Ramos "Sevilya"nın rəhbəri ola bilər
Əliyar Ağayev bu dəfə 1-ci liqada